










Hüquqinfo.az bildirir ki,
ADEX_2026 sərgisində Azərbaycan istehsalı olan atıcı silahlar, kamikadze dron və robotlar nümayiş olunacaq.
Hüquqinfo.az" xəbər verir ki, bu sözləri Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri Samir Ağabalayev ADEX 2026 – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və Securex Caspian 2026 – 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinə həsr olunmuş mətbuat konfransında deyib.
"ADEX-2026 da yeniliklər gözlənilir. Azərbaycanın müdafiə sənayesinin inkişafı üçün işlər görürük. Bu il keçirilən sərgidə yeri istehsal olan atıcı silahlar, kamikadze dronlar, kamikadze robotlar nümayiş olunacaq. Yeni texnologiyaların inkişafına üstünlük verilir. Dünyada sürətli inkişaf gedir. Müharibə yeni formaya keçir. Buna zamanla uyğunlaşmaq lazımdır".









