
Hüquqinfo.az bildirir ki,
Rusiyanın Ulyanovsk vilayətində X-32 "Bekas" tipli yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
"Hüquqinfo.az" Rusiya mediasına istinadən xəbər verir ki, hadisə gündüz vaxtı Annenkovo-Lesnoye kəndi yaxınlığında baş verib.
Hava gəmisi yaşayış binalarından uzaq əraziyə, açıq sahəyə düşüb və bunun sayəsində insan tələfatı və dağıntıların qarşısını almaq mümkün olub.









