Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Sürücülərin məsuliyyətsizliyi onlarla sərnişini təhlükə...--:--
News
Krasnodar diyarında neft anbarı yanır - Foto--:--
News
Masazırda yük və minik maşınları toqquşub, ölən və xəsa...--:--
News
Bakı–Quba yolunda yük maşını avtomobilin üstünə aşıb, ö...--:--
News
"Mərkəzi Asiya + Azərbaycan" formatında ekoloji dialoqu...--:--
News
Sürücülərin məsuliyyətsizliyi onlarla sərnişini təhlükə...--:--
News
Krasnodar diyarında neft anbarı yanır - Foto--:--
News
Masazırda yük və minik maşınları toqquşub, ölən və xəsa...--:--
News
Bakı–Quba yolunda yük maşını avtomobilin üstünə aşıb, ö...--:--
News
"Mərkəzi Asiya + Azərbaycan" formatında ekoloji dialoqu...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

“Sənət inciləri” adlı mühazirə-konsertlər təşkil olunub - FOTO

Bugün, 12:08
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-30 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı keçirilir.

Nazirlikdən Hüquqinfo.az-ya verilən məlumata görə, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən ikinci ildir ki, festival çərçivəsində “Sənət inciləri” adlı mühazirə-konsertlər təşkil olunur.

Sentyabrın 22-də layihə üzrə ADA Universitetində müharizə-konsert keçirilib. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, ADA Universiteti və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə reallaşan tədbirdə ADA Universitetinin rektoru professor Hafiz Paşayev, təhsil ocağının müəllim və tələbələri, eləcə də qonaqları iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan ADA Universitetinin prorektoru Günay Ziyadova universitetin Üzeyir Hacıbəyli festivalı çərçivəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. O, dahi bəstəkarla bağlı layihənin bu təhsil ocağında reallaşmasından məmnunluğunu bildirib, təşkilatçılara təşəkkür edib.

Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov bu il 18-ci dəfə təşkil olunan Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının müasir mədəniyyət salnaməmizin əhəmiyyətli hadisələrindən olduğunu, Üzeyir bəy fenomeninin təbliği və tanıdılmasına xidmət etdiyini bildirib. Cahangir Səlimxanov Üzeyir bəyin istedadı, bacarıq və fədakarlığı ilə hər zaman gənclər üçün əsl nümunə olduğunu diqqətə çatdırıb.

MEMİM-in direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov qeyd edib ki, layihə dahi bəstəkar Üzeyir Hacıbəylinin musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətlərinin, onun sənət incilərinin daha geniş auditoriyaya, xüsusilə gənc nəslə çatdırılmasına töhfə vermək məqsədi daşıyır. Direktor yaradılan şəraitə görə ADA Universitetinin rəhbərliyinə minnətdarlığını bildirib.

Sonra tədbir MEMİM-in əməkdaşı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının moderatorluğu ilə davam edib.

Sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabovanın Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə həsr olunan mühazirəsi dinlənilib.

Tədbirin bədii hissəsində Beynəlxalq Muğam Mərkəzinin C.Cahangirov adına Xor kollektivi (bədii rəhbər: Prezident mükafatçısı Təranə Yusifova), ADA Universitetinin tələbələri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Detaşe – SABAH” violinoçular ansamblı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələrinin ifasında Üzeyir Hacıbəyli yaradıcılığından musiqi və rəqs nümunələri təqdim olunub.

Proqramda görkəmli bəstəkar Müslüm Maqomayevin “Nərgiz” operasından ariya və Emil Əfrasiyabın Ü.Hacıbəylinin əsasında yazdığı “Parafraz” kompozisiyası da səsləndirilib.

İfa olunan bütün musiqi və rəqs nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, “Sənət inciləri” layihəsi üzrə növbəti mühazirə-konsert sentyabrın 28-də Xəzər Universitetində təşkil olunacaq.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Masazırda yük və minik maşınları toqquşub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

News thumbnail
siyaset

"Mərkəzi Asiya + Azərbaycan" formatında ekoloji dialoqun inkişafı müzakirə edilib

News thumbnail
siyaset

Heydər Əliyevi İran nümayəndələri ilə danışıqlarda müşayiət etmişdi

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edilib

Bugün, 12:58
News thumbnail
Bugün
son xeberler

Skuterdən yıxılan 42 yaşlı kişi öldü

Bugün, 12:57
News thumbnail
Bugün
siyaset

Azərbaycan və Özbəkistan üçüncü ölkələrdə birgə turizm tədbirləri keçirəcəklər

Bugün, 12:52
News thumbnail
Bugün
dunya

Azərbaycan Gürcüstanda IX Dünya Enerji Tənzimləmə Forumunda təmsil olunur

Bugün, 12:50

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Qobustanda “Ford” yandı

Bugün, 12:50
News thumbnail
Bugün
cemiyyet

Bakı-Sumqayıt yolunda dəhşətli qəza

Bugün, 12:50
News thumbnail
Bugün
dunya

Alban mədəni irsinin beynəlxalq müstəvidə tanıdılması zərurəti vurğulanıb

Bugün, 12:48
News thumbnail
Bugün
dunya

“Qərbi Azərbaycanda alban irsi” mövzusunda seminar keçirilib - FOTO

Bugün, 12:46
News thumbnail
Bugün
siyaset

Həm diplomat, həm də şair olan Vəkilovun

Bugün, 12:45
News thumbnail
Bugün
son xeberler

Alim Üzeyirlə “gör gəlib hara çıxdı” da...

Bugün, 12:45
News thumbnail
siyaset

Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edilib

News thumbnail
siyaset

Azərbaycan və Özbəkistan üçüncü ölkələrdə birgə turizm tədbirləri keçirəcəklər