










Hüquqinfo.az bildirir ki,
Azərbaycan Atletika Federasiyasının (AAF) inzibati binasında atletika məşqçiləri üçün keçirilən seminar uğurla yekunlaşıb.
Sentyabrın 21-dən 25-dək təşkil olunan təlimləri Bolqarıstandan dəvət edilmiş mütəxəssis Daniela Stanimirova Dasheva aparıb.
Tədbir zamanı prosesin düzgün qurulması, illik və aylıq planların hazırlanması, həmçinin müvafiq metodikalar və müasir yanaşmalar ətrafında nəzəri, eləcə də praktiki məlumatlar verilib.








