Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
“Birliyin Gücü – 2026” təlimində şərti terrorçuların əs...--:--
News
"Birliyin Gücü – 2026": Şərti terrorçuların sığınacaqla...--:--
News
Brüssel Vaşinqtonun Avropaya dizel ixracını məhdudlaşdı...--:--
News
Baş nazir: "Gələn ilin dövlət büdcəsində sosialyönlü xə...--:--
News
HÜQUQİ XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİ--:--
News
“Birliyin Gücü – 2026” təlimində şərti terrorçuların əs...--:--
News
"Birliyin Gücü – 2026": Şərti terrorçuların sığınacaqla...--:--
News
Brüssel Vaşinqtonun Avropaya dizel ixracını məhdudlaşdı...--:--
News
Baş nazir: "Gələn ilin dövlət büdcəsində sosialyönlü xə...--:--
News
HÜQUQİ XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİ--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

son xeberler

Fərhad Qaraşov: "Bu il nar istehsalı 5-7 % arta bilər"

Bugün, 14:04
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycanda bu il nar istehsalının ötən illə müqayisədə təqribən 5-7 % çox olacağı proqnozlaşdırılır.

Bunu "Hüquqinfo.az"a açıqlamasında "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov bildirib.

Bununla belə, onun sözlərinə görə, bu il hava şəraiti ötən ilə nisbətən qeyri-stabil keçib: "Xüsusilə yağıntılı hava, temperatur dəyişiklikləri bəzi rayonlarda meyvənin erkən çiçəklənməsini gecikdirib. Amma sevindirici haldır ki, biz son illərdə narın istehsalında artım müşahidə edirik. Düzgün aqrotexniki qulluq göstərilən bağlarda kifayət qədər yaxşı məhsulun olması bizə məlumdur. Azərbaycan narının dad və tərkib baxımından fərqlənməsi də bunun bariz nümunəsidir. Lakin biz yekun müqayisəni yığım başa çatdıqdan sonra aparmağı daha doğru hesab edirik. Bu da öz növbəsində məkandan asılı olaraq dekabr ayına qədər dəyişir".

F.Qaraşov qeyd edib ki, narın əsas yığım mövsümü hazırda davam etdiyi üçün 2026-cı il üzrə yekun istehsal rəqəmi hələ formalaşmayıb: "Buna görə də hazırda dəqiq rəqəm söyləmək düzgün olmaz. Müqayisə üçün, rəsmi statistikaya əsasən 2025-ci ildə Azərbaycanda 187 min 137,4 ton nar istehsal olunub. Hazırkı vəziyyətə əsasən, bu il məhsul həcminin ötən illə müqayisədə təqribən 5-7 % artıq olacağını gözləyirik. Lakin son rəqəm yığımın gedişindən, hava şəraitindən və məhsul itkilərindən asılı olaraq dəyişə bilir".

İdarə Heyətinin sədri deyib ki, nar istehsalının əsas hissəsi Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan və Tovuz-Qazax iqtisadi zonalarının payına düşür: "Xüsusilə Göyçay, Kürdəmir, Hacıqabul, Sabirabad və Saatlı rayonları narçılığın əsas istehsal mərkəzləri hesab olunur. Həmçinin Qarabağda da artıq nar istehsalı və tədricən ixracı həyata keçirilir. Ötən il bölgədə 9 200 ton nar istehsalı qeydə alınıb və burada fəaliyyətə başlayan sahibkarları da biz üzvlüyə qəbul etmişik".

Onun fikrincə, ümumilikdə Azərbaycan narının keyfiyyəti hər zaman yüksək qiymətləndirilir: "Daxili və xarici bazarlarda tərkibi, rəngi, şirəliliyi və dad xüsusiyyətləri yaxşı olan sortlara tələbat hər zaman yüksəkdir. Azərbaycan narının "Gülöyşə", "Bala Mürsəl", "Vələs", "Talıb" və digər yerli sortlarının bazarda xüsusi yeri və alıcıları var".

F.Qaraşov əlavə edib ki, Azərbaycanın əsas nar ixrac etdiyi ölkə ənənəvi olaraq Rusiyadır: "Təbii ki, bu ölkə əsas ixrac bazarlarımızın ən böyüyüdür. İxracın təxminən 84 %-i Rusiyanın payına düşür. Bununla yanaşı, Gürcüstan, Ukrayna, Qazaxıstan daxil olmaqla, 16 ölkəyə nar ixracı həyata keçirilib. Bununla yanaşı, nardan hazırlanan məhsullar 27 ölkəyə ixrac edilib. Bizim əsas məqsədlərimizdən biri ixrac coğrafiyasını genişləndirmək, xüsusilə Avropa, Körfəz ölkələri və digər perspektivli bazarlarda Azərbaycan narının mövqeyini gücləndirməkdir. Bununla bağlı biz davamlı olaraq maraqlı tərəflərlə danışıqları davam etdiririk".

O qeyd edib ki, hazırda regionlarda mövsüm yeni başladığı üçün vahid qiymət tam formalaşmayıb: "Narın daha tez yetişdiyi bəzi rayonlarda ilkin alış qiymətlərini təxminən 1 manat 10 qəpik/kq civarında müşahidə edirik. Mövsümün gedişində qiymət sortdan, keyfiyyətdən və tələb-təklifdən asılı olaraq daha da dəqiqləşəcək. Lakin indiki vəziyyətdə bu ehtimal olunan rəqəm deyil".

İdarə Heyətinin sədri deyib ki, nar istehsalçılarının əsas problemləri sırasında xüsusilə son illər rastlaşılan istehsal xərclərinin artması, logistika xərcləri, dərman və gübrələrin keyfiyyət və qiymət əmsallarının uyğun olmaması dayanır: "Eyni zamanda, kooperativlərin yaradılması və emal müəssisələri ilə fermerlər arasında daha sıx əməkdaşlığın artırılması da vacibdir, çünki emalçılar nar çatışmazlığını hər zaman vurğulayırlar. Dövlət də bu istiqamətdə müəyyən dəstək mexanizmləri tətbiq edir. 2026-cı ildə emal müəssisələrinə meyvə şirəsi və konsentrat istehsalı üçün təhvil verilən (tədarük prosesi) nar üzrə məhsul subsidiyasının və logistika subsidiyasının tətbiqi də bu baxımdan mühüm addımdır".

F.Qaraşov Azərbaycanda narçılığının gələcək perspektivlərinə müsbət baxır: "Uzunmüddətli perspektivdə əsas hədəfimiz yalnız istehsal həcmini artırmaq deyil, həm də məhsuldarlığı yüksəltmək, müasir suvarmanı genişləndirmək, emalı inkişaf etdirmək və Azərbaycan narının yeni xarici bazarlara çıxışını təmin etməkdir. "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda da məhsuldarlıq, müasir suvarma, emal və ixrac yönümlü istehsalın inkişafı əsas istiqamətlərdəndir. Mayın 5-də ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən tədbirlərdən olan "Caspian Agro Week" və "InterFood" sərgiləri çərçivəsində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqətinə narçılığın mövcud vəziyyəti, istehsal və ixrac potensialının artırılması və gələcək perspektivlərini məruzə etdik. Sevindirici haldır ki, artıq bununla ikinci dəfədir ki, ölkə rəhbərinə təmsil etdiyimiz sahə ilə bağlı vacib məqamları təqdim edirəm və burada dövlətimizin ayrı-ayrılıqda narçılığa göstərdiyi diqqət və qayğını görmək bizi həm sevindirir həmdə sahənin inkişafına daha həvəslənməyimizə şərait yaradır".

O xatırladıb ki, bu il Göyçayda Narçılığın İnkişaf Perspektivləri və Yeni Çağırışlar mövzusunda geniş müşavirə keçirilib: "Tədbirdə 150-dən çox narçı fermer, emalçı və sahibkar iştirak edib. Narçılıq sahəsində mövcud problemlər, fermerlərin sualları və təklifləri səsləndirilib və onların hər biri qeydə alınıb. Bu görüşlər bizim üçün çox vacibdir. Çünki məqsədimiz fermerin problemini yerində dinləmək və aidiyyəti qurumlarla birlikdə həlli yollarını müzakirə etməkdir. Bu il emal zavodları ilə bağlı da daha yaxşı nəticələr gözləyirik. Azərbaycanda emal üçün kifayət qədər məhsul bazası var. Buna görə emalçılar, sahibkarlar və fermerlər arasında sıx əməkdaşlığın qurulmasını xüsusilə vacib hesab edirik".

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
son xeberler

"Birliyin Gücü – 2026": Şərti terrorçuların sığınacaqları məhv edilib

News thumbnail
son xeberler

Polşada abbatlığa hücum zamanı keşiş öldürülüb, yaralılar var

News thumbnail
son xeberler

Polşada monastıra hücum nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Populyar Xəbərlər

News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 3,4 milyard manat xərcləyəcək

Bugün, 15:29
News thumbnail
Bugün
siyaset

Baş nazir: 2027-ci il büdcəsində ən böyük xərclərdən biri müdafiə və milli təhlükəsizlik olacaq

Bugün, 15:29
News thumbnail
Bugün
iqtisadiyyat

Gələn il işğaldan azad olunmuş ərazilərin yenidən qurulması üçün 3,4 milyard manat ayrılacaq

Bugün, 15:26
News thumbnail
Bugün
siyaset

Əli Əsədov: Geosiyasi proseslər 2027–2030-cu illər üçün yeni strateji hədəflər formalaşdırır

Bugün, 15:24

Həftənin Xəbərləri

News thumbnail
Bugün
iqtisadiyyat

Bu ölkə də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı

Bugün, 15:24
News thumbnail
Bugün
dunya

Azərbaycanın Zəfəri regionda yeni siyasi və təhlükəsizlik reallığı formalaşdırdı - RƏY

Bugün, 15:23
News thumbnail
Bugün
siyaset

Baş nazir: Hazırda ölkəmizin strateji valyuta ehtiyatları təxminən 91 mlrd. dollar təşkil edir

Bugün, 15:22
News thumbnail
Bugün
siyaset

Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub

Bugün, 15:22
News thumbnail
Bugün
iqtisadiyyat

Əli Əsədov: "Ölkə qarşısında yeni strateji çağırış və hədəflər formalaşır"

Bugün, 15:19
News thumbnail
Bugün
son xeberler

Polşada abbatlığa hücum zamanı keşiş öldürülüb, yaralılar var

Bugün, 15:18
News thumbnail
son xeberler

Formula-2: ikinci sıralama turu başladı

News thumbnail
son xeberler

"Aptek Bəxtiyar"ın nəvəsinin kateri otelin restoranına çırpıldı