Hüquqinfo.az bildirir ki,
“Hüquqinfo.az” xəbər verir ki, gün ərzində müxtəlif tədbir və əyləncələrlə zəngin olan festivalın axşam proqramı konsertlərlə davam edib.
Axşam saatlarında sevilən müğənnilər Roza Zərgərli, Kazım Can, Nigeriya əsilli müğənni Joseph Uwezele Okpamen, Bənövşə Allahverdiyeva müxtəlif janrlarda musiqi nümunələri ilə çıxış ediblər. İfaçılar repertuarlarından sevilən mahnıları səsləndirərək festival qonaqlarının qarşısında rəngarəng musiqi proqramı təqdim ediblər.
Konsert proqramında Azərbaycan musiqisi ilə yanaşı, müxtəlif musiqi nümunələri də səsləndirilib. İştirakçılar ifaları maraqla dinləyib, musiqi sədaları altında rəqs edərək festivalın əyləncə proqramına qoşulublar.
Gecənin davamında DJ Kamonun təqdim etdiyi musiqi proqramı festival əhval-ruhiyyəsini daha da canlandırıb. DJ performansı zamanı festival iştirakçıları rəqs edib, musiqi və əyləncə ilə dolu axşam keçiriblər.
Beləliklə, Şamaxı Üzüm və Şərab Festivalının ilk günü musiqi, əyləncə və xoş ovqatla yadda qalıb. Festival sentyabrın 20-də də müxtəlif proqramlarla davam edəcək.






