
Hüquqinfo.az bildirir ki,
"Hüquqinfo.az" xəbər verir ki, bunu Aqrar Xidmətlər Agentliyinin Laboratoriya Ekspertiza Sertifikatlaşdırma Mərkəzinin Mərkəzi Laboratoriyasının direktoru Vüsal Ağayev laboratoriyaya mediatur zamanı jurnalistlərə deyib.
Onun sözlərinə görə, həmçinin yem analizlərinin keyfiyyət, təhlükəsizlik göstəriciləri, eləcə də mikrobioloji göstəricilər üzrə analizlərinin aparılması və laboratoriyanın analiz sahələrinin artırılması üzərində də işlər görülür:
"Laboratoriyamızda torpaq, suvarma suyu, eləcə də bitkinin qida maddələri və fiziki-kimyəvi göstəriciləri üzrə analizlər aparılır. Bunlarla yanaşı, toxumda, tingdə keyfiyyət göstəriciləri, eləcə də bitki xəstəliklərinin analizi aparılır.
Laboratoriyanın ümumi fəaliyyət istiqamətində plan üzrə bir sıra məhsullarda, eləcə də analiz olunmuş məhsullar üzrə bir sıra analiz parametrlərinin artırılması planlaşdırılır.
Bitki xəstəlikləri, virusoloji, bakterioloji, eləcə də göbələk törədicilərinin xəstəlikləri üzrə işlər aparılır.
Bundan başqa, laboratoriyanın bir sıra metodlar üzrə genişləndirilməsi, eləcə də beynəlxalq standartlara cavab verən, beynəlxalq standartların tələblərinə uyğun yeni metodikaların artırılması üzərində işlər görülür".






