
Hüquqinfo.az bildirir ki,
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən (FHN) "Hüquqinfo.az"un yerli bürosuna verilən xəbərə görə, nazirliyin"112" qaynar telefon xəttinə Şahbuz rayon Daylaqlı kəndində məişət tullantıları olan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə Şahbuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahəyə yayılmasının qarşısı alınıb.









