
Hüquqinfo.az bildirir ki,
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Tərtər şəhərində Tərtər, Ağcabədi, Ağdam, Bərdə və Laçın rayonlarından olan vətəndaşları qəbul edib.
Bildirilib ki, görüş zamanı torpaq münasibətləri, qeyri-yaşayış obyektlərinin layihələndirilməsi və tikintisi, şəhərsalma sənədləri, eləcə də tikinti sahəsinə aid digər məsələlərlə bağlı müraciətlərə baxılıb. Qaldırılan məsələlər aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə ətraflı araşdırılıb, müvafiq izahatlar, və əlavə tədbirlərin görülməsini tələb edən müraciətlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.
Görüş iştirakçıları arasında İkinci Qarabağ müharibəsi zamanı raket hücumları nəticəsində evləri dağılmış və ya ciddi ziyan dəymiş, sonradan isə dövlətin birbaşa dəstəyi ilə yenidən inşa edilmiş və ya bərpa olunmuş Tərtər sakinləri də olub. Vətəndaşlar göstərilən diqqətə, dəstəyə və görülən işlərə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, həmçinin Komitə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.










