
Hüquqinfo.az bildirir ki,
Orta Dəhlizin rəqabət qabiliyyətliliyini yalnız ayrı-ayrı infrastruktur obyektlərinin təkmilləşdirilməsi ilə məhdudlaşdırmaq deyil, hərtərəfli şəkildə qiymətləndirmək lazımdır.
"Hüquqinfo.az" xəbər verir ki, bunu Türkmənistanın maliyyə və iqtisadiyyat nazirinin müavini Pərhat Yağşıyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) bildirib.
"Orta Dəhlizin rəqabət qabiliyyətliliyinə kompleks şəkildə baxılmalıdır. Bu, təkcə infrastrukturun ayrı-ayrı sahələrinin yaxşılaşdırılmasına deyil, həm də vahid, əlaqələndirilmiş və proqnozlaşdırıla bilən nəqliyyat-logistika sisteminin formalaşdırılmasına aiddir", - o qeyd edib.
P.Yağşıyev marşrutun inkişafının əsas prioritetləri sırasında dəmir yolu və avtomobil magistralları, limanlar və terminallar daxil olmaqla, fiziki infrastrukturun modernləşdirilməsini, həmçinin onların buraxılış qabiliyyətinin artırılmasını göstərib.
Bundan əlavə, Türkmənistan nazirinin müavini yükdaşımaların sürətinin artırılması və proqnozlaşdırıla bilməsinin təmin edilməsinin vacibliyinə diqqət çəkib: "Bu vəzifənin həyata keçirilməsi üçün tarif siyasətinin, hərəkət qrafiklərinin və yüklərin işlənməsi prosedurlarının razılaşdırılmasını davam etdirmək lazımdır".








