Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Nazir müavini: "Azərbaycanla Mərkəzi Asiya ölkələri Avr...--:--
News
Əti bahalaşdıran səbəblər--:--
News
Bakının yollarında Formula 1 həyəcanı davam edir--:--
News
Bakı küçələrində Formula 1 həyəcanı davam edir--:--
News
"Formula 2": "Premma Racing"in iki pilotu əsas yarışdan...--:--
News
Nazir müavini: "Azərbaycanla Mərkəzi Asiya ölkələri Avr...--:--
News
Əti bahalaşdıran səbəblər--:--
News
Bakının yollarında Formula 1 həyəcanı davam edir--:--
News
Bakı küçələrində Formula 1 həyəcanı davam edir--:--
News
"Formula 2": "Premma Racing"in iki pilotu əsas yarışdan...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

cemiyyet

AzTU alimlərinin süni intellektlə bağlı araşdırması Q1 jurnalında

Bugün, 14:03
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycan Texniki Universitetinin (AzTU) Kibertəhlükəsizlik və Müdafiə Texnologiyaları İnstitutunun alimləri Hikmət Kərimov və Rahid Ələkbərli süni intellektin gələcəkdə qərarvermə proseslərində hansı şərtlərlə səlahiyyət əldə edə biləcəyinə dair yeni elmi araşdırma aparıblar.

“Hüquqinfo.az” xəbər verir ki, sözügedən araşdırma “AI and Ethics” beynəlxalq elmi jurnalında dərc olunub. “Springer Nature” tərəfindən nəşr olunan jurnal süni intellektin etikası, təhlükəsizliyi, idarə olunması və tənzimlənməsi üzrə ixtisaslaşır və Q1 səviyyəli elmi nəşrlər sırasında yer alır.

Alimlərin “Süni intellekt tərəfindən yaradılan qərarlar nə zaman real nəticələr doğuran səlahiyyətə çevrilir?” mövzusunda apardıqları tədqiqatda süni intellektin hazırladığı qərar və tövsiyələrin hansı hallarda insan və təşkilatların fəaliyyətinə birbaşa təsir göstərən real qərarlara çevrildiyi araşdırılır.

Müəlliflərin yanaşmasına görə, süni intellektin verdiyi qərarlar onun avtomatik olaraq real dünyada icra olunan qərara çevrildiyi anlamına gəlmir. Bu zaman qərarın hansı məlumat və sübutlara əsaslanması, həmin məlumatların etibarlılığı, mümkün nəticələrin əhəmiyyəti və insan nəzarətinin mövcudluğu kimi amillər mühüm rol oynayır.

Araşdırmada bu məsələlər üçün yeni nəzəri çərçivə təqdim edilir. Sözügedən çərçivə süni intellektin təqdim etdiyi nəticənin məlumat və tövsiyə mərhələsindən real nəticə doğuran qərar mərhələsinə keçidini sistemli şəkildə qiymətləndirməyə imkan verir.

Tədqiqat xüsusilə süni intellekt sistemlərinin getdikcə daha çox müstəqil qərarlar qəbul etdiyi və müxtəlif proseslərdə insanın rolunu dəyişdirdiyi bir dövrdə aktuallaşır. Müəlliflər vurğulayırlar ki, bu sistemlərin inkişafı ilə yanaşı, süni intellekt tərəfindən qəbul edilən qərarların hansı hallarda və hansı şərtlər çərçivəsində tətbiq oluna biləcəyini müəyyən edən elmi və idarəetmə mexanizmlərinin formalaşdırılması da vacibdir.

Məqalədə təklif olunan yanaşma süni intellektin idarə olunması, təhlükəsizliyi və insan nəzarəti ilə bağlı gələcək tədqiqatlar üçün nəzəri əsas yaradır. Tədqiqatın əsas nəticələrindən biri süni intellektin qərarvermə imkanlarının yalnız texniki baxımdan deyil, həmin qərarların real dünyada yarada biləcəyi nəticələr nəzərə alınmaqla qiymətləndirilməsinin vacibliyidir.

Qeyd edək ki, “AI and Ethics” jurnalı “Springer Nature” tərəfindən nəşr olunur və süni intellektin etikası, idarə olunması və cəmiyyətə təsiri üzrə beynəlxalq tədqiqatları dərc edir. Jurnalın 2025-ci ildə məqalələri 2,1 milyondan çox yüklənib və nəşrləri bir sıra beynəlxalq elmi məlumat bazalarında indekslənir.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
cemiyyet

Bakının yollarında Formula 1 həyəcanı davam edir

News thumbnail
cemiyyet

Təbii resurslardan istifadəyə yeni yanaşma formalaşır

News thumbnail
cemiyyet

Xətai rayonunda anbarda yanğın məhdudlaşdırılıb- FOTO - YENİLƏNİB

Populyar Xəbərlər

News thumbnail
Bugün
son xeberler

Yağışı sevdirən ev Füzulidə...

Bugün, 14:36
News thumbnail
Bugün
iqtisadiyyat

Şevtsov: Rusiya qazından imtina Ermənistan üçün Aİ ölkələrinə nisbətən daha ağrılı olacaq

Bugün, 14:35
News thumbnail
Bugün
iqtisadiyyat

Qazaxıstan Orta Dəhliz üzrə yük dövriyyəsinin artacağına ümid edir

Bugün, 14:34
News thumbnail
Bugün
siyaset

"Formula 1" pilotları Bakıda azarkeşlərlə görüşüb

Bugün, 14:33

Həftənin Xəbərləri

News thumbnail
Bugün
iqtisadiyyat

Agro Dairy AGROFERT və Azərbaycan Biznesinin İnkişafı Fondu ilə Anlaşma Memorandumu imzalayıb

Bugün, 14:32
News thumbnail
Bugün
siyaset

Kreml: Yaxın vaxtlarda Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli görüş keçirilə bilər

Bugün, 14:32
News thumbnail
Bugün
son xeberler

Formula-2: birinci əsas yarışa start verildi

Bugün, 14:32
News thumbnail
Bugün
cemiyyet

Xətai rayonunda anbarda yanğın məhdudlaşdırılıb- FOTO - YENİLƏNİB

Bugün, 14:30
News thumbnail
Bugün
cemiyyet

NZS qəsəbəsində yanğın məhdudlaşdırılıb - FOTO - YENİLƏNİB

Bugün, 14:30
News thumbnail
Bugün
idman

Bu pilot üçün Bakı yarışı erkən başa çatdı

Bugün, 14:28
News thumbnail
cemiyyet

NZS qəsəbəsində yanğın məhdudlaşdırılıb - FOTO - YENİLƏNİB

News thumbnail
cemiyyet

Bakıda anbarda güclü yanğın başladı - Foto