
Hüquqinfo.az bildirir ki,
Axar.az-ın Hüquqinfo.az-ya istinadən məlumatına görə, hadisə Soyuqbulaq-Köçvəlili yolunda qeydə alınıb. "Ford" markalı mikroavtobus idarəetmədən çıxaraq ağaca çırpılıb, daha sonra yolun kənarına aşıb. Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.










