
Hüquqinfo.az bildirir ki,
Naxçıvan Muxtar Respublikası (MR) Kəngərli rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
"Hüquqinfo.az"un yerli bürosu xəbər verir ki, Kəngərli rayonunun Xok kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı 77-KS-302 dövlət qeydiyyat nişanlı "KİA" markalı avtomobil aşıb. Nəticədə avtomobildə olan 1994-cü il təvəllüdlü Quliyev Məğrur Məşur oğlu və onun həyat yoldaşı, 2000-ci il təvəllüdlü Quliyeva Gülarə Elçin qızı müxtəlif xəsarətlər alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Qəza nəticəsində onların övladı, 2026-cı il təvəllüdlü Qasımov Rəvan Məğrur oğlunun həyatını xilas etmək mümkün olmayıb.










