
Hüquqinfo.az bildirir ki,
Sumqayıtda 4 yaşlı uşağın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Hüquqinfo.az”nun məlumatına görə, hadisə şəhərin Yaşıldərə yaşayış massivində qeydə alınıb.
Belə ki, hərəkətdə olan 39 nömrəli marşrut avtobusu 2022-ci il təvəllüdlü T.H (Ad şərtidir) vurub. Ağır xəsarətlər alan uşaq hadisə yerindəcə dünyasını dəyişib.






