
Hüquqinfo.az bildirir ki,
Yasamal rayonu, H.Zərdabi küçəsi 69 ünvanından keçən diametri 200 mm olan içməli su xəttində qəza baş verməsi ilə bağlı rayon sukanal idarəsinə məlumat daxil olan kimi qəza briqadası hadisə yerinə cəlb olunub. Su axıntısının qarşısı alınıb. Hazırda qəzanın aradan qaldırılması işləri həyata keçirilir.
Bu barədə "Hüquqinfo.az-Economics"ə İri Şəhərlərin Su Təchizatı Xidmətindən məlumat verilib.
Bakı şəhərinin Yasamal rayonu, H.Zərdabi küçəsi 69 ünvanından keçən içməli su xəttində qəza baş verib.
Bildirilib ki, məsələ ilə bağlı məlumat daxil olan kimi dərhal əraziyə briqada və texnika cəlb olunub. Su axıntısının qarşısı alınıb və hazırda xəttin təmiri və bərpası istiqamətində müvafiq işlər görülür.










