
Hüquqinfo.az bildirir ki,
Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" PUA-sı ilk dəfə Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş olunur.
"Hüquqinfo.az"un məlumatına görə, pilotsuz uçuş aparatı "Bayraktar Teknoloji Azərbaycan" MMC tərəfindən hazırlanıb.
80 kilometrdən artıq rabitə məsafəsinə malik olan platforma "Bayraktar TB2", "Bayraktar TB3" və ya "AKINCI" PUA-ları üzərindən rabitə retranslyatoru imkanından istifadə etməklə əməliyyatlar həyata keçirə bilir.










