
Hüquqinfo.az bildirir ki,
Böyük Britaniyanın Avropa İttifaqına (Aİ) qayıtması ölkənin Avropa ilə uzunmüddətli münasibətlərinin yenidən qurulması variantlardan biridir.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Endi Börnhem "BBC"-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, "Brexit" üzrə hazırkı razılaşma faydadan çox zərər gətirib və o, münasibətlərin bərpası üçün nələrin mümkün olduğunu nəzərdən keçirmək istəyir. Böyük Britaniya hökuməti, həmçinin, Vahid Avropa Bazarına qayıtmağı planlaşdırır.
Börnhem qeyd edib ki, Böyük Britaniya və Aİ münasibətləri məsələsini qeyri-müəyyən vəziyyətdə saxlamaq istəmir, əksinə, növbəti onillikdə Britaniyanın hara gedəcəyini aydın şəkildə müəyyənləşdirməyə çalışır.
Dünən Leyboristlər Partiyasının konfransında etdiyi çıxışında o, bu ilin sonlarında baş tutacaq təxirə salınmış sammitdə blokla daha sıx əlaqələr imkanlarını araşdırmağa söz verib.










