Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Mərkəzi Laboratoriyada yem analizlərinin aparılması üzə...--:--
News
91 yaşlı sabiq deputat vəfat etdi--:--
News
Səməd Bəşirli: Alman şirkətlərini Azərbaycanda birgə la...--:--
News
“Brookfield Asset Management”in aktivlərinin həcmi 1 tr...--:--
News
Ayuna Nechaeva: London Fond Birjası Azərbaycan şirkətlə...--:--
News
Mərkəzi Laboratoriyada yem analizlərinin aparılması üzə...--:--
News
91 yaşlı sabiq deputat vəfat etdi--:--
News
Səməd Bəşirli: Alman şirkətlərini Azərbaycanda birgə la...--:--
News
“Brookfield Asset Management”in aktivlərinin həcmi 1 tr...--:--
News
Ayuna Nechaeva: London Fond Birjası Azərbaycan şirkətlə...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

dunya

BMT rəsmisi: "Azərbaycan qlobal dəyər zəncirlərində yuxarı pillələrə qalxa bilər"

Bugün, 14:15
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycan innovasiyaları, özəl sektorun inkişafını və ixrac rəqabətqabiliyyətliliyini təşviq etməklə regional və qlobal dəyər zəncirlərində daha yuxarı pillələrə qalxa bilər.

"Hüquqinfo.az" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çərçivəsində keçirilən panel müzakirədə çıxışı zamanı bildirib.

D.Şlapaçenko vurğulayıb ki, ölkənin qeyri-neft istehsal və ixracını daha da artırması məqsədilə regiondakı böyük iqtisadiyyatlar dəyər zənciri inteqrasiyası üçün hədəf alına bilər: "Məsələn, 2025-ci ildə Avropa İttifaqına qeyri-Avropa dövlətlərindən ümumi idxal təxminən 3 trilyon ABŞ dollarına bərabər olub. Bu, Azərbaycanın Bakı Beynəlxalq Dəniz Limanı və müzakirə etdiyimiz dəmir yolları ilə tamamlanaraq üstünlüklər tapa biləcəyi bir sahədir. Digər tərəfdən, Azərbaycan 4-cü sənaye inqilabının tələb etdiyi bacarıqlarla təchiz olunmuş işçi qüvvəsinə investisiya qoymalıdır. Biz bilirik ki, Azərbaycan insan kapitalı və innovasiya ekosistemləri gücləndirilməsi istiqamətində mühüm addımlar atıb. Bu səylərin üzərində qurmaq çox vacib olacaq".

O bildirib ki, tənzimləyici bazanın və standartların harmonizasiyasının gücləndirilməsi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir: "Qlobal ticarət getdikcə daha rəqabətli olduqca, ölkələr xərcləri azaltmaq və rəqabət üstünlüyü əldə etmək üçün bütün mümkün yolları axtarırlar. İstehsal sektoru ixracının genişləndirilməsi və dəyər zənciri inteqrasiyası xüsusilə tənzimləyici fərqlər və ya standartların uyğunsuzluğundan yaranan xərclər daxil olmaqla, əlavə xərclərin minimuma endirilməsindən asılıdır. Burada biz Ümumdünya Ticarət Təşkilatına üzv olan ölkələrin təcrübəsinə yaxından baxmalıyıq, çünki bu, onlara standartlarını beynəlxalq normalarla uyğunlaşdırmağa kömək etdi".

BMT rəsmisi Azərbaycanın regional istehsal mərkəzinə çevrilmək üçün bir çox xüsusiyyətlərə malik olduğu vurğulayıb: "Söhbət strateji mövqe, müasir infrastruktur, inkişaf edən sənaye imkanları və islahatlara sadiqlikdən gedir. Bu gün biz iqtisadi şaxələndirməyə dair çox aydın baxış da eşitdik".

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
dunya

Ayaqda bəzəkli corablar, əldə qırmızı kofe stəkanları...

News thumbnail
dunya

Yekaterinburqda Vətən müharibəsi şəhidləri anılıb

News thumbnail
dunya

Nəcəf hava limanı İran reyslərini dayandırdı

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Nazir müavini: "Azərbaycanla Mərkəzi Asiya ölkələri Avropa üçün əsas enerji təchizatçıları ola bilər"

Bugün, 14:53
News thumbnail
Bugün
siyaset

Əti bahalaşdıran səbəblər

Bugün, 14:52
News thumbnail
Bugün
cemiyyet

Bakının yollarında Formula 1 həyəcanı davam edir

Bugün, 14:50
News thumbnail
Bugün
son xeberler

Bakı küçələrində Formula 1 həyəcanı davam edir

Bugün, 14:50

Həftənin Xəbərləri

News thumbnail
Bugün
son xeberler

"Formula 2": "Premma Racing"in iki pilotu əsas yarışdan kənarda qalıb

Bugün, 14:46
News thumbnail
Bugün
iqtisadiyyat

Gürcüstan dəmir yolu infrastrukturunun inkişafına 1 milyard dollara qədər vəsait yatıracaq

Bugün, 14:45
News thumbnail
Bugün
cemiyyet

Təbii resurslardan istifadəyə yeni yanaşma formalaşır

Bugün, 14:45
News thumbnail
Bugün
idman

Yeni idman dünyası Kinon TV-də: “Setanta Sports & TV” paketi istifadəyə verilib

Bugün, 14:44
News thumbnail
Bugün
idman

Eyni komandanın iki pilotu üçün Bakı yarışı başa çatdı

Bugün, 14:39
News thumbnail
Bugün
huquq

Məhkəmədən Sevinc Hüseynova ilə bağlı qərar

Bugün, 14:39
News thumbnail
dunya

ABŞ Azərbaycanla müdafiə və təhlükəsizlik sahəsində əlaqələrinə diqqəti artıracaq

News thumbnail
dunya

Azərbaycanın regionlar arasında strateji keçid kimi rolu...