










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" Partiyası oktyabrın 27-də baş tutmuş parlament seçkilərində qalib gəlib. Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi ilkin rəsmi nəticələrə əsasən, "Likud" 120 yerlik Knessetdə 27 mandat qazanıb. Müxalifətdə təmsil olunan "Yaşar" Partiyası isə 21 yer əldə edərək ikinci olub.
Seçkinin yekunlarına görə, Netanyahunu dəstəkləyən ifrat sağçı və dini qüvvələrin daxil olduğu blok 53, müxalifət isə 48 mandat qazanıb. Qalan 19 yer isə heç bir blokla koalisiyaya girməsi gözlənilməyən ərəb partiyalarının payına düşüb. Beləliklə, heç bir siyasi qüvvə təkbaşına və ya mövcud müttəfiqləri ilə hökumət qurmaq üçün lazım olan səs çoxluğunu əldə edə bilməyib.
Hüquqinfo.az-ın məlumatına görə, seçkilərin rəsmi yekun nəticələrinin noyabrın 4-dən gec olmayaraq elan edilməsi gözlənilir. Nəticələr təsdiqləndikdən sonra İsrailin Prezidenti İsaak Hersoq parlament partiyaları ilə məsləhətləşmələrə başlayacaq və hökumətin formalaşdırılması səlahiyyətini deputatlardan birinə həvalə edəcək.









