










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, Ukrayna, ABŞ və Rusiya noyabr ayında müharibənin nizamlanması ilə bağlı üçtərəfli danışıqların keçirilməsi barədə razılığa gəliblər. Osloda baş tutan məsləhətləşmələrdən sonra Amerika nümayəndələri Sankt-Peterburqa səfər edərək Rusiya Prezidenti Vladimir Putinin danışıqlara hazır olduğunu təsdiqləyiblər.
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, görüşün keçiriləcəyi məkan hələ də müzakirə olunur. Mümkün variantlar arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi və müxtəlif Avropa ölkələri nəzərdən keçirilir. Hüquqinfo.az-ın məlumatına görə, Kiyev hökuməti bu prosesdə Avropa tərəfdaşlarının da iştirak etməsində israrlıdır.
Zelenski diplomatikstiqamətdə irəliləyişlərin əldə olunduğunu vurğulayıb və qarşıdakı görüşlərin müsbət nəticə verəcəyinə ümid etdiyini bildirib.









