
Hüquqinfo.az bildirir ki,
Qəzza sektorunda İsrail ordusunun hücumları nəticəsində azı 8 nəfərin öldüyü bildirilir.
Məlumata görə, sektorun şimalındakı köçkünlərin yerləşdiyi Həlava düşərgəsinin atəşə tutulması nəticəsində üç nəfər, Qəzza şəhərinin qərbindəki Ən-Nəsr rayonuna hava zərbəsi nəticəsində isə iki nəfər ölüb.
Nazirlik, həmçinin Cəbaliya qaçqın düşərgəsindəki klinikaya və Ət-Tuffah rayonuna pilotsuz uçuş aparatları ilə endirilən zərbələr nəticəsində iki fələstinlinin öldüyünü bildirib. Qəzzanın cənubundakı Əl-Məvasi bölgəsində isə bir qadının öldüyü qeyd olunub.
Qurumun məlumatına görə, 2025-ci il oktyabrın 11-də atəşkəsin başlanmasından bəri İsrailin hava və artilleriya zərbələri nəticəsində 1 421 nəfər ölüb, 4 983 nəfər yaralanıb.
Qəzza Səhiyyə Nazirliyi 2023-cü ilin oktyabrından bəri münaqişə nəticəsində ölənlərin ümumi sayının 74 030-a, yaralananların sayının isə 175 980-ə çatdığını bildirib.










