
Hüquqinfo.az bildirir ki,
1988-ci ildə - hadisələr başlayanda obamızdan çıxmışıq. Nə deyim, ağlamaq tutur məni.
Bunu "Hüquqinfo.az"a açıqlamasında Xocavəndə köç edən keçmiş məcburi köçkün Hicran Abdullayeva deyib.
O, gözyaşına hakim ola bilməyib. Keçmiş məcburi köçkünün sözlərinə görə, işğaldan azad edilmiş ərazilər hər keçən gün daha da abadlaşır.
"Bacımla gedirəm. Valideynimi itirmişəm, çox təəssüf ki. İnşallah, qardaşım da gələcək, onları da evlə təmin edəcəklər. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, Allah Prezidentimizi, qazilərimizi, veteranlarımızı qorusun. Evimizə onların sayəsində gedirik ", - o bildirib.









