
Hüquqinfo.az bildirir ki,
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatında (BMT) genişmiqyaslı islahatlar həyata keçirməyə çağırıb.
“Hüquqinfo.az” xəbər verir ki, bu barədə o, “Bloomberg” agentliyi üçün yazdığı “BMT Təhlükəsizlik Şurasının veto hüququnu ləğv etməlidir” sərlövhəli məqaləsində yazıb.
Ərdoğanın təklif etdiyi islahatlar BMT Təhlükəsizlik Şurasının veto hüququnun ləğvini, daimi üzvlük institutundan imtina edilməsini və Baş Assambleyanın səlahiyyətlərinin gücləndirilməsini nəzərdə tutur.
Onun fikrincə, Təhlükəsizlik Şurasının imtiyazlı üzvlərinin sayının artırılması səlahiyyətlərin məhdud dövlətlər qrupunun əlində cəmləşməsi problemini həll etməyəcək.
Türkiyə lideri həmçinin BMT TŞ-nin formalaşdırılması prinsipinin dəyişdirilməsi ideyasını müdafiə edib. Onun qənaətinə görə, orada daimi üzvlər olmamalıdır, ölkələr Baş Assambleyada müəyyən müddətə və rotasiya əsasında seçilməlidir. Ərdoğan bu kontekstdə Ankaranın irəli sürdüyü, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünü nəzərdə tutan “Dünya beşdən böyükdür” prinsipini bir daha diqqətə çatdırıb.







