
Hüquqinfo.az bildirir ki,
Türkiyə ABŞ-la müdafiə sahəsindəki əməkdaşlıqdakı mövcud maneələri aradan qaldırmağa ümid edir və bu sahədə əməkdaşlığı genişləndirməyə hazırdır.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda keçirilən “100 illik dostluq: Türkiyə – ABŞ” tədbirində deyib.
“Ankara ABŞ-la nüvə enerjisi və mayeləşdirilmiş təbii qaz təchizatı sahəsində əməkdaşlığı da gücləndirmək niyyətindədir. Ənənəvi olaraq tərəfdaşlığımızın ən güclü istiqamətlərindən biri olan müdafiə sənayesinin inkişafı həm iki ölkə üçün, həm də NATO çərçivəsində zəruridir. İki müttəfiq arasında ümumiyyətlə olmamalı olan maneələri aradan qaldırmaq və münasibətlərə yeni dinamika qazandırmaq istəyirik. ABŞ-la birgə istehsal imkanlarından istifadə etməklə əməkdaşlığın dərinləşdirilməsi hər iki ölkənin maraqlarına cavab verir. 20 il əvvəl Türkiyənin müdafiə sənayesi məhsullarının ixracının illik həcmi cəmi 248 milyon dollar təşkil edirdisə, bu gün 10 milyard dollardan çoxdur. Şirkətlərimiz mövcud imkanları və innovasiyaları sayəsində artıq elə bir səviyyəyə çatıb ki, özləri də ABŞ-a investisiya qoyurlar. İnanıram ki, tezliklə müdafiə sənayesi ixracına görə dünyanın ilk on ölkəsi arasında olacağıq”, - o bildirib.








