
Hüquqinfo.az bildirir ki,
ABŞ Prezidenti Donald Tramp sonuncu amerikalı hərbçilərin İraqdan çıxarıldığını təsdiqləyib.
“Bu gün sonuncu ABŞ qüvvələrinin İraqı tərk etməsindən məmnun olduğumu elan edirəm. Bu, çox vaxt apardı. Başlanğıcda bizi bu bataqlığa son dərəcə uğursuz qərarlar sürüklədi, lakin tezliklə bütün bunlar tarixin bir hissəsinə çevriləcək”, - ABŞ lideri bildirib.
Onun sözlərinə görə, ABŞ qoşunlarının İraqdan çıxarılması ABŞ və İraqın qələbəsi, İŞİD-in isə məğlubiyyəti deməkdir.










