Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə o...--:--
News
Ermənilərin Ayqut adlandırdığı Gölkənd haqqında mühüm f...--:--
News
İranda ilk: Qadınlar da hərbi təlimə başladı - Foto--:--
News
“Ronaldo komanda üçün problem təşkil etmir”--:--
News
56 yaşlı qadını maşın vurub öldürdü--:--
News
Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə o...--:--
News
Ermənilərin Ayqut adlandırdığı Gölkənd haqqında mühüm f...--:--
News
İranda ilk: Qadınlar da hərbi təlimə başladı - Foto--:--
News
“Ronaldo komanda üçün problem təşkil etmir”--:--
News
56 yaşlı qadını maşın vurub öldürdü--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

idman

Ayxan Abbasov: Millilər arasında zəif rəqib olmur

Bugün, 21:55
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycan milli komandası UEFA Millətlər Liqası D2 qrupunun oyunu çərçivəsində Bakıda Lixtenşteyn seçməsini qəbul edəcək.

Apasport.az xəbər verir ki, yığmamızın ba məşqçisi Ayxan Abbasov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"İkinci oyunumuza çıxacağıq. Turnir cədvəlində ilk pillədə olmaq istəyiriksə, qalib gəlməliyik. Rəqibi yaxından tanıyırıq. Lixtenşteyn millisi istəkli komandadır. Onların itirəcəkləri bir şey yoxdur, mübarizə aparırlar. Rəqibin müdafiəsini yarmalıyıq. Bu matçda tələssək, düzgün oyun qurmasaq, çətinlik çəkə bilərik. İnanıram ki, futbolçularımız həm yaxşı oyun göstərəcəklər, həm də qələbə qazanacaqlar".

- Heyətdə zədəli futbolçular var? - Litva ilə oyundan sonra xırda zədələr çox oldu. Ümid edirəm ki, bugünkü məşqdə hamısı geri qayıdacaq. Renat Dadaşovu itirmişik. Sabahkı oyunda bizə kömək edə bilməyəcək. Digər oyunçularda xırda zədələr var. Amma oynamayacaq qədər deyil. Hər kəs oynamaq istəyir. Bu da bizi sevindirir.

- Litvadakı matçdan sonra komandanın oyununda nə dəyişiklik etmək istəyirsiz? - Onsuz da biz hər dəfə rəqibə görə oyunu təhlil edirik. Fərqli komandalardır. Litva ilə Lixtenşteyn tam fərqli oyun oynayır. Bilirik ki, bu oyunda müdafiəni yarmaq vacib olacaq. Sonluq yaxşı olmalıdır. Bunu yerinə yetirmək lazımdır. Üç məşqdir bunun üzərində çalışırıq. İnanıram ki, istədiyimiz qolları vuracağıq. Rəqibin ən üstün cəhəti əks-hücumlardır.

- Avropada, dünyada zəif komanda yoxdur. Gözlənilməz vəziyyətə hazırsız? - Düz qeyd edirsiz. Millilər arasında zəif rəqib olmur. Hamı xal qazana bilir. Biz hazırlıq dövründə də qeyd etmişdik ki, Millətlər Liqasında rəqiblərə qarşı çox hücum etməliyik, dominant oynamalıyıq. Bundan əvvəlki oyunlarda bu az idi. Çünki rəqiblər Fransa və Ukrayna idi.

- Sizcə, azarkeşlər stadiona gələcəklər? - Millimizə dəstək lazımdır. İnanıram ki, azarkeşlər olacaq. Futbolçular bu stadionda oynamağı xoşlayırlar. Ümid edirəm ki, azarkeşlər gələcəklər.

- Zamiq Əliyev milliyə dəvət olunmayıb. Onunla bağlı fikriniz necədir? - Futbolçular hamısı müsahibə verir. Onları həmişə haqlı sayıram. Hamısı millidə oynamaq istəyir. Amma Zamiq yəqin ki, xəbərsizdir, biz onun bütün oyunlarına baxmışıq. Tur bitən kimi xaricdə çıxış edən futbolçuların oyunlarına baxıram. Zamiqi də izləyirik. Söhbət Zamiqdən açılıbsa, biz necə seçim edirik? Ola bilər ki, məşqçi görüşləri başqadır. Bu gün onun yerində Anton Krivotsyuk, Rəhman Daşdəmirov, Murad Xaçayev var. Biz onlara üstünlük vermişik. Amma bu o demək deyil ki, Zamiqi bəyənmirik. Sabah ona da dəvət gələ bilər. Zamiqlə şəxsi problemim yoxdur.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
idman

“Ronaldo komanda üçün problem təşkil etmir”

News thumbnail
idman

Millimizdə Lixtenşteynlə oyun öncəsi ciddi itki

News thumbnail
idman

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Makron Böyük Britaniyanın Aİ-yə qayıtmasını dəstəkləyib

Bugün, 22:10
News thumbnail
Bugün
siyaset

ABŞ-nin Azərbaycandakı səfirliyi: Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk

Bugün, 22:07
News thumbnail
Bugün
dunya

Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

Bugün, 22:07
News thumbnail
Bugün
iqtisadiyyat

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

Bugün, 22:03

Həftənin Xəbərləri

News thumbnail
Bugün
iqtisadiyyat

“Eşref” geri qayıdır

Bugün, 22:00
News thumbnail
Bugün
dunya

Tramp ABŞ-ın İraqdakı missiyasının başa çatdığını elan edib

Bugün, 21:59
News thumbnail
Bugün
idman

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

Bugün, 21:59
News thumbnail
Bugün
idman

Ronaldo onunla mübahisə edib düşərgəni tərk etdi

Bugün, 21:55
News thumbnail
Bugün
iqtisadiyyat

Serbiyanın Neft Sənayesinin fəaliyyət lisenziyası oktyabrın 30-dək uzadılıb

Bugün, 21:42
News thumbnail
Bugün
siyaset

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Bugün, 21:37
News thumbnail
idman

Ronaldo onunla mübahisə edib düşərgəni tərk etdi

News thumbnail
idman

Biz kiçik ölkəyik, favorit Azərbaycandır - Fünfştük