Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Fransa Səudiyyə Ərəbistanının enerji obyektlərinin qoru...--:--
News
Dünyaya yeni “körpülər” lazımdır - Ərdoğan--:--
News
Bu, bulvarın vizual görüntüsünə təsir edir - Ağalarov--:--
News
Mher Qriqoryan: Ermənistan-Azərbaycan sərhədinin demark...--:--
News
Xanlar Ağalarov: Bulvar İdarəsinin büdcədənkənar gəlirl...--:--
News
Fransa Səudiyyə Ərəbistanının enerji obyektlərinin qoru...--:--
News
Dünyaya yeni “körpülər” lazımdır - Ərdoğan--:--
News
Bu, bulvarın vizual görüntüsünə təsir edir - Ağalarov--:--
News
Mher Qriqoryan: Ermənistan-Azərbaycan sərhədinin demark...--:--
News
Xanlar Ağalarov: Bulvar İdarəsinin büdcədənkənar gəlirl...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

cemiyyet

Bulvar İdarəsinin sədri: Xəzərin səviyyəsinin azalması ilə bulvarın bəzi yerlərində quru torpaq sahələri görünür

Dünən, 23:08
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Xəzər dənizində suyun səviyyəsinin azalmasının bulvarın vizual görüntüsünə təsirləri müşahidə edilir, ayrı-ayrı hissələrdə quru torpaq sahələri meydana çıxır.

Bunu Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri Xanlar Ağalarov "Hüquqinfo.az" İnformasiya Agentliyi və "ARB" telekanalına geniş müsahibəsində deyib.

Onun sözlərinə görə, son bir neçə il ərzində Xəzər dənizində suyun səviyyəsinin azalması müxtəlif müstəvilərdə müzakirə edilir:

"Artıq sirr deyil ki, son bir neçə il ərzində Xəzərdə suyun səviyyəsinin aşağı enməsi Bakı bulvarında da müşahidə edilən bir prosesdir. Ekoloji təsirlərlə yanaşı, Dənizkənarı Bulvar İdarəsinin ərazinin infrastrukturunun, gələcək planların qurulması ilə bağlı bir neçə istiqamətdə yeni çağırışlar meydana çıxarır. Ardıcıllıqla məsələyə yanaşdıqda, suyun səviyyəsinin enməsi bulvarda ilk növbədə gəmiçilik, gəzinti gəmilərinin fəaliyyəti və yanalma infrastrukturu ilə bağlı öz təsirlərini göstərdi".

"Əgər Bakı buxtasının bulvar ərazisinə düşən hissəsində tarixən suyun müəyyən dərinliyinin olması səbəbindən şaquli azalması müşahidə edilirdisə, son bir neçə il ərzində üfüqi istiqamətdə suyun geri çəkildiyi müəyyən ərazilər ortaya çıxır. Artıq bulvarın ayrı-ayrı hissələrində quru torpaq sahələrinin görüntüləri meydana çıxır. Bu, bilavasitə sahil idarəetməsi, landşaftın uyğunlaşdırılması, qurumuş ərazilərin Bakı bulvarının ümumi landşaft dizaynına uyğunlaşdırılması ilə bağlı müxtəlif məsələləri ortaya çıxarır".

Xanlar Ağalarov deyib ki, suyun səviyyəsinin azalması bilavasitə və ya dolayı yollarla Bakı buxtasının ekoloji vəziyyətinə də təsir göstərir:

"Bu problem orta temperatur göstəricilərinə təsirsiz ötüşmür. Bakı buxtasının xüsusi formasını nəzərə alaraq bura suyun daxilolma cərəyanının dinamikası, suyun hərəkəti, mikroorqanizmlərin balansı, yosun kütlələrinin artımı ilə bağlı müxtəlif müşahidələr görünür. Bildiyiniz kimi, suyun səviyyəsinin mövcud dayazlaşma həddi ərazidə təmizlənmə işlərinə də təsir göstərir. Gələcək perspektivlərlə bağlı planlarda Bulvar İdarəsi yalnız stabil sahil xəttinin idarəetməsi deyil, icra edilən, planlaşdırılan bütün layihələrlə bağlı müxtəlif ssenarilərə əsaslanan, suyun dəyişmə dinamikasına əvvəlcədən təsirlərini mitiqasiya edə biləcək müxtəlif adaptiv memarlıq həllərinin, adaptiv infrastrukturun qurulması və tətbiq edilməsi ilə bağlı yanaşmanı ortaya çıxarır".

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
cemiyyet

Bu, bulvarın vizual görüntüsünə təsir edir - Ağalarov

News thumbnail
cemiyyet

Bu şəxslər üçün avtobus və metro pulsuzdur

News thumbnail
cemiyyet

Oğurlanmış qədim artefaktlar Suriyaya qaytarıldı

News thumbnail

Populyar Xəbərlər

News thumbnail
Dünən
iqtisadiyyat

Xəzərdə 12 hərbçi öldü: gecə-gündüz axtarış... - Video

Dünən, 23:29
News thumbnail
Dünən
huquq

Bulvar İdarəsinin rəisi: Nəqliyyatın hərəkətini tənzimləmək üçün qanunvericiliklə müəyyən edilmiş səlahiyyətimiz yoxdur

Dünən, 23:27
News thumbnail
Dünən
siyaset

Supermodel Bakıda keçmiş sevgilisi ilə görüşdü - Foto

Dünən, 23:20
News thumbnail
Dünən
son xeberler

Xanlar Ağalarov: Bulvarın genişləndirilməsi ilə Bakının Xəzərə olan çıxışı böyük bir ictimai məkan vasitəsilə təmin ediləcək

Dünən, 23:19

Həftənin Xəbərləri

News thumbnail
Dünən
dunya

Ukrayna Fransadan “Mirage 2000” qırıcıları üçün “MICA” raketləri və 30 mm-lik sursat alacaq

Dünən, 23:18
News thumbnail
Dünən
dunya

BMT-də 80-ə yaxın ölkə Hörmüzdə gəmiçiliyin bərpasına çağırış edib

Dünən, 23:11
News thumbnail
Dünən
siyaset

Netanyahunun çıxışına görə zalı tərk etdilər

Dünən, 23:09
News thumbnail
Dünən
huquq

ABŞ məhkəməsi CNN, “Politico” və “MS NOW”un Ağ Evə girişinin bərpasını tələb edib

Dünən, 23:03
News thumbnail
Dünən
son xeberler

Xanlar Ağalarov: Xəzərin səviyyəsinin azalması Bakı bulvarı üçün də yeni çağırışlar yaradır - MÜSAHİBƏ

Dünən, 23:01
News thumbnail
Dünən
dunya

"Patriot" raketləri ilə bağlı razılığa gəldik - Zelenski

Dünən, 22:59
cemiyyet

Məşhur fransalı aktrisa vəfat etdi

News thumbnail
cemiyyet

Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib