Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Rabitəbank 32-ci filialını Bakıxanovda açıb - FOTO--:--
News
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir--:--
News
Oktyabrda İçərişəhərdə qastronomiya festivalı keçiriləc...--:--
News
Qəzada 4 nəfər yaralandı, ikisi yeniyetmədir--:--
News
Bakıda bu avtobusda sərnişinlərin üzərinə su damır - Vi...--:--
News
Rabitəbank 32-ci filialını Bakıxanovda açıb - FOTO--:--
News
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir--:--
News
Oktyabrda İçərişəhərdə qastronomiya festivalı keçiriləc...--:--
News
Qəzada 4 nəfər yaralandı, ikisi yeniyetmədir--:--
News
Bakıda bu avtobusda sərnişinlərin üzərinə su damır - Vi...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

huquq

Baş Prokurorluğun təşkilatçılığı ilə növbəti genişmiqyaslı konfrans İsmayıllıda keçirilib

Bugün, 15:05
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Prokurorluq orqanları tərəfindən həyata keçirilən kompleks tədbirlər çərçivəsində s İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində "Müasir çağırışlar fonunda dövlət, media və vətəndaş cəmiyyəti əməkdaşlığı" adlı işgüzar konfrans keçirilib.

"Hüquqinfo.az"un Yuxarı Şirvan bürosu xəbər verir ki, konfransda Ağsu, Göyçay, İsmayıllı, Oğuz, Qəbələ, Qobustan, Ucar və Şamaxı rayon prokurorluqlarının media ilə işləməyə məsul əməkdaşları, dövlət və media qurumlarının, qeyri-hökumət təşkilatlarının və təhsil müəssisələrinin nümayəndələri, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

Tədbirin əsas məqsədi müasir informasiya mühitində dövlət qurumları, media və vətəndaş cəmiyyəti institutları arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, ictimaiyyətin operativ və obyektiv məlumatlandırılması, informasiya təhlükəsizliyinin təmin olunması və dezinformasiyaya qarşı mübarizə istiqamətində mövcud yanaşmaların müzakirəsi, habelə qarşılıqlı təcrübə mübadiləsi aparılmaqla bu sahədə yeni və səmərəli əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi olub.

Konfransda çıxış edən Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev dövlət qurumlarının media və ictimaiyyətlə münasibətlərində açıqlıq, çeviklik və etibarlılıq prinsiplərinin əhəmiyyətindən danışıb. O, cəmiyyətin dövlət qurumlarının fəaliyyəti barədə dolğun və obyektiv məlumatlandırılmasının ictimai etimadın möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edib.

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov regionda dövlət qurumları, media və vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin genişləndirilməsi, ictimai təşəbbüslərin dəstəklənməsi və əhalinin sosial proseslər barədə məlumatlandırılmasında qarşılıqlı fəaliyyətin əhəmiyyətinə toxunub.

İsmayıllı rayon prokuroru Tural Yusifov rayon prokurorluğu tərəfindən hüquqi maarifləndirmə və ictimaiyyətlə əlaqələr istiqamətində görülən işlər, vətəndaşların müraciətlərinə baxılması və prokurorluğun fəaliyyəti barədə məlumatların media vasitəsilə düzgün çatdırılması məsələlərindən danışıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov müasir informasiya mühitində dövlət qurumları, media və vətəndaş cəmiyyəti arasında səmərəli kommunikasiyanın qurulması, ictimaiyyətin operativ və obyektiv məlumatlandırılması, informasiya təhlükəsizliyinin qorunması və dezinformasiyaya qarşı mübarizədə birgə yanaşmaların əhəmiyyəti barədə çıxış edib.

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov informasiya təhlükəsizliyi məsələlərinə, xüsusilə həssas məlumatların yayılması zamanı məsuliyyətli yanaşmanın vacibliyinə toxunub. O, dövlət qurumlarının rəsmi informasiya resurslarının etibarlı məlumat mənbəyi kimi rolundan və media ilə qarşılıqlı fəaliyyətin bu istiqamətdə əhəmiyyətindən danışıb.

Yeni Azərbaycan Partiyasının İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradov ictimai institutların sosial proseslərdə iştirakı, dövlət qurumları ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi və cəmiyyətin müxtəlif təbəqələri ilə əlaqələrin inkişaf etdirilməsi məsələlərini diqqətə çatdırıb.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, Mətbuat Şurası Sosial Media İstifadəçiləri ilə Əlaqələr Komissiyasının sədri Hacıbəy Heydərli sosial medianın informasiya mühitinə təsiri, məlumatların yayılmasında peşəkar və məsuliyyətli yanaşmanın əhəmiyyəti barədə danışıb. O, məlumatların yoxlanılması, media savadlılığının artırılması və saxta məlumatların yayılmasının qarşısının alınmasında sosial media istifadəçilərinin məsuliyyətinə toxunub.

İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri, ağsaqqal Balakişi Xudiyev dövlət qurumları, media və cəmiyyət arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, ictimai həmrəyliyin gücləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və müxtəlif nəsillər arasında sağlam ünsiyyətin formalaşdırılmasında belə tədbirlərin rolundan danışıb.

Konfransda dövlət qurumları, media və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın müasir informasiya mühitinin tələblərinə uyğun təkmilləşdirilməsi, ictimaiyyətin operativ və obyektiv məlumatlandırılması, informasiya təhlükəsizliyinin təmin olunması və dezinformasiyaya qarşı mübarizə, həmçinin rayon prokurorluqlarının media ilə işləməyə məsul əməkdaşlarının fəaliyyəti, media subyektləri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və ictimaiyyətlə kommunikasiyanın səmərəli təşkili məsələləri ətrafında geniş fikir və təcrübə mübadiləsi aparılıb, bu istiqamətlərdə əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı təkliflər müzakirə edilib.

Konfrans çərçivəsində Azərbaycan Televiziyası tərəfindən hazırlanmış, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə, eləcə də onun müəyyən etdiyi quruculuq və şəhərsalma siyasətinə həsr olunmuş "Qurulan gələcək" sənədli filmi nümayiş etdirilib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
huquq

Zakir Fərəcov səyyar qəbulda vətəndaşların müraciətlərini dinlədi

News thumbnail
huquq

Erməni cinayətkar şəbəkə Fransa məhkəməsində: Milyonlarla avroluq cinayət işinin detalları

News thumbnail
huquq

Sadıqova 21 minlik stəkan alan rəisin məhkəməsi başladı

Populyar Xəbərlər

News thumbnail
Bugün
huquq

Zakir Fərəcov səyyar qəbulda vətəndaşların müraciətlərini dinlədi

Bugün, 16:30
News thumbnail
Bugün
idman

FIFA Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalının detallarını açıqlayıb

Bugün, 16:25
News thumbnail
Bugün
siyaset

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Bugün, 16:24
News thumbnail
Bugün
siyaset

DSX rəisi generalın dəfnində - Foto

Bugün, 16:24

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Gürcüstan XİN Tsxinvali bölgəsində keçirilən “prezident seçkiləri”ni qınayıb

Bugün, 16:23
News thumbnail
Bugün
iqtisadiyyat

"PAŞA Bank" sektordakı konsolidasiyaya münasibət bildirib

Bugün, 16:19
News thumbnail
Bugün
siyaset

Şahin Hüseynli vəzifələrindən azad edildi - Foto

Bugün, 16:18
News thumbnail
Bugün
cemiyyet

Qubada yol qəzasında 5 nəfər xəsarət alıb

Bugün, 16:14
News thumbnail
Bugün
cemiyyet

Vüqar Əhmədov Ağdamda vətəndaşları qəbul edib

Bugün, 16:13
News thumbnail
Bugün
iqtisadiyyat

Sədr müavini: "PAŞA Bank"ın hər hansı bankı almaq planı yoxdur

Bugün, 16:13
News thumbnail
huquq

Alban-Udi xristian dini icması Ermənistanın Gəncəsər və Xudavənglə bağlı reaksiyalarını qınayıb - BƏYANAT

News thumbnail
huquq

Pakistanda dəhşətli partlayış: 15 ölü, 50-dən çox yaralı - Video