
Hüquqinfo.az bildirir ki,
Bu il Gürcüstandan miqrasiya qanunvericiliyini pozan 3 mindən çox əcnəbi deportasiya edilib.
Hüquqinfo.az-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata əsasən, son günlər ərzində 83 xarici ölkə vətəndaşı Gürcüstandan çıxarılıb.
Həmin şəxslər arasında Azərbaycan, Türkmənistan, Türkiyə, Rusiya, Efiopiya, Misir, İraq, Hindistan, Burundi, Pakistan, Keniya, Bolqarıstan, Banqladeş, İordaniya, Nigeriya, Ermənistan, Özbəkistan və Çin vətəndaşları var.








