Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya s...--:--
News
1672-ci gün: Rusiyanın itkiləri yeniləndi--:--
News
Fərid Məmmədov: Bu il ADEX tarixində ilk dəfə olaraq sə...--:--
News
DYP: Tələblərə cavab verməyən kənd təsərrüfatı texnikal...--:--
News
"Tottenhem" Mauro İkardini transfer etməyəcək--:--
News
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya s...--:--
News
1672-ci gün: Rusiyanın itkiləri yeniləndi--:--
News
Fərid Məmmədov: Bu il ADEX tarixində ilk dəfə olaraq sə...--:--
News
DYP: Tələblərə cavab verməyən kənd təsərrüfatı texnikal...--:--
News
"Tottenhem" Mauro İkardini transfer etməyəcək--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

Yarım milyard manatlıq kibercinayətkarlıqla əlaqədar mütəşəkkil dəstə üzvlərinə hökm oxunub

Bugün, 10:55
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqla bağlı mütəşəkkil kibercinayətkarlıqda ittiham olunan dəstə üzvləri - Qasımov Bahadır Ağaqulu oğlu, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Qasımov Fərhad Etibar oğlu, Əzizov Cavid Hacı oğlu, Əliyev Vəli Ağamalı oğlu və Əhmədov Anar Şamil oğlunun məhkəmə prosesi yekunlaşıb.

Hüquqinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Bahadur Qasımov 2 il 11 ay, İkram Qasımov, Fərhad Qasımov 4 il 6 ay, Cavid Əzizov, Anar Əhmədov 4 il, Vəli Əliyev 3 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, 2023-cü ildə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsinə qarşı əməliyyat keçirib.

Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər - Qasımov Bahadır Ağaqulu oğlu, onun qardaşı Qasımov İkram Ağaqulu oğlu, onların əmisi oğlu Qasımov Fərhad Etibar oğlu, Əzizov Cavid Hacı oğlu, Əliyev Vəli Ağamalı oğlu və Əhmədov Anar Şamil oğlu həbs edilib.

İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Onlar qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.

Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib.

Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi - 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.

Ofisdə və İ. Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.

Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub. Hesablamalara əsasən, bütün əmlakların ümumi dəyəri yarım milyard manata yaxın olub.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

"Abşeron Logistika" maliyyə vəziyyətini açıqlayıb

News thumbnail
iqtisadiyyat

Gürcüstan XİN başçısı: Cənubi Qafqazın qlobal baxımdan əhəmiyyəti artır

News thumbnail
iqtisadiyyat

Ötən il Azərbaycanda təkrar mənzil bazarında 41 606 mənzilin alqı-satqısı həyata keçirilib

Populyar Xəbərlər

News thumbnail
Bugün
huquq

Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Bugün, 11:44
News thumbnail
Bugün
iqtisadiyyat

Gürcüstan XİN başçısı: Cənubi Qafqazın qlobal baxımdan əhəmiyyəti artır

Bugün, 11:43
News thumbnail
Bugün
siyaset

Lavrov və Rubio Nyu-Yorkda görüşəcək

Bugün, 11:42
News thumbnail
Bugün
son xeberler

Samir Ağabalayev: ADEX-2026-da Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonu ilk dəfə milli ekspozisiyaya ayrılacaq

Bugün, 11:42

Həftənin Xəbərləri

News thumbnail
Bugün
dunya

Rusiya Ermənistan vətəndaşlarına çağırış etdi

Bugün, 11:41
News thumbnail
Bugün
iqtisadiyyat

Ötən il Azərbaycanda təkrar mənzil bazarında 41 606 mənzilin alqı-satqısı həyata keçirilib

Bugün, 11:39
News thumbnail
Bugün
siyaset

Tramp bu gün Qrenlandiya ilə bağlı sazişə imza atacaq

Bugün, 11:38
News thumbnail
Bugün
son xeberler

Yaponiyada torpaq sürüşməsi nəticəsində 4 nəfər ölüb

Bugün, 11:37
News thumbnail
Bugün
idman

Franko Kolapinto: "Bakıdakı "Formula 1" yarışları maraqlı alınır"

Bugün, 11:37
News thumbnail
Bugün
cemiyyet

Yanıq xəsarətləri alan 40 yaşlı kişi öldü

Bugün, 11:35
News thumbnail
iqtisadiyyat

ƏMDX: Ötən il Azərbaycanın təkrar mənzil bazarında 42 minə yaxın mənzil satılıb

News thumbnail
iqtisadiyyat

BFB: Kredit faizlərinin gec dəyişməsinin səbəbləri araşdırılacaq