Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
"Abşeron Logistika" maliyyə vəziyyətini açıqlayıb--:--
News
“Qurumlar bu problemi bir-birinin üzərinə atır”--:--
News
Rusiyada təyyarə qəzaya uğrayıb, pilot xəsarət alıb--:--
News
DYP kənd texnikası sürücülərinə müraciət edib--:--
News
Deputat: Enerji effektivliyi ilə bağlı qanunvericiliyin...--:--
News
"Abşeron Logistika" maliyyə vəziyyətini açıqlayıb--:--
News
“Qurumlar bu problemi bir-birinin üzərinə atır”--:--
News
Rusiyada təyyarə qəzaya uğrayıb, pilot xəsarət alıb--:--
News
DYP kənd texnikası sürücülərinə müraciət edib--:--
News
Deputat: Enerji effektivliyi ilə bağlı qanunvericiliyin...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Ətraf mühitə təsiri qiymətləndiriləcək heyvandarlıq müəssisələrinin əhatə dairəsi müəyyənləşdirilir

Bugün, 11:00
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Ətraf mühitə təsiri qiymətləndiriləcək (ƏMTQ) heyvandarlıq müəssisələrinin əhatə dairəsi müəyyənləşdirilir.

Hüquqinfo.az xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə ilə "Ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin siyahısı” təsdiq edilib. Təklif olunan qanun layihəsi ilə Siyahının 27-ci maddəsinin yeni redaksiyada verilməsi, 34-cü maddənin isə ləğvi nəzərdə tutulur. Başqa sözlə, mövcud qanuna görə kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşmış heyvandarlıq və quşçuluq məhsulları istehsalı müəssisələrinin layihələndirilməsi və irimiqyaslı kənd təsərrüfatı (aqroparklar), habelə balıqçılıq (o cümlədən akvakultura) təsərrüfatı fəaliyyəti üzrə layihələr ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) tələb olunan fəaliyyət növü kimi təsbit edilib.

Təklif olunan qanun layihəsi ilə ƏMTQ təsir dairəsinə düşən kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşmış müəssisələrin (təsərrüfatların) - heyvandarlıq, quşçuluq, balıqçılıq müəssisələri və aqroparkların əhatə dairəsi dəqiq müəyyən edilir, bununla da göstərilən hədlər daxilində tutumu olan təsərrüfatların layihələndirilməsi üzrə ƏMTQ aparılacaq.

Qeyd edək ki, ƏMTQ-nin əsas məqsədi ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin həyata keçirilməsi zamanı ətraf mühitə və insan sağlamlığına mümkün mənfi təsirlərin aşkarlanması, onların məkana, zamana görə miqyasının və intensivliyinin qiymətləndirilməsi, aradan qaldırılması və ya azaldılması üçün tədbirlərin həyata keçirilməsidir.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

“Qurumlar bu problemi bir-birinin üzərinə atır”

News thumbnail
siyaset

DYP kənd texnikası sürücülərinə müraciət edib

News thumbnail
siyaset

Deputat: Enerji effektivliyi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi mühüm əhəmiyyət daşıyır

Populyar Xəbərlər

News thumbnail
Bugün
iqtisadiyyat

Ötən il Azərbaycanda təkrar mənzil bazarında 41 606 mənzilin alqı-satqısı həyata keçirilib

Bugün, 11:39
News thumbnail
Bugün
siyaset

Tramp bu gün Qrenlandiya ilə bağlı sazişə imza atacaq

Bugün, 11:38
News thumbnail
Bugün
son xeberler

Yaponiyada torpaq sürüşməsi nəticəsində 4 nəfər ölüb

Bugün, 11:37
News thumbnail
Bugün
idman

Franko Kolapinto: "Bakıdakı "Formula 1" yarışları maraqlı alınır"

Bugün, 11:37

Həftənin Xəbərləri

News thumbnail
Bugün
cemiyyet

Yanıq xəsarətləri alan 40 yaşlı kişi öldü

Bugün, 11:35
News thumbnail
Bugün
siyaset

Milli Məclisdə tullantıların idarə olunması ilə bağlı dinləmə keçiriləcək

Bugün, 11:34
News thumbnail
Bugün
siyaset

Yarım milyardı mənimsəyən qardaşlara hökm oxundu

Bugün, 11:34
News thumbnail
Bugün
siyaset

Samir Ağabalayev: ADEX-də Azərbaycan istehsalı olan silahlar, kamikadze dron və robotlar nümayiş olunacaq

Bugün, 11:32
News thumbnail
Bugün
iqtisadiyyat

ƏMDX: Ötən il Azərbaycanın təkrar mənzil bazarında 42 minə yaxın mənzil satılıb

Bugün, 11:30
News thumbnail
Bugün
siyaset

Müdafiə Sənayesi Nazirliyi: Bəzi yeniliklər var, bunları yerində görmək daha məqsədəuyğundur

Bugün, 11:29
News thumbnail
siyaset

Lavrov və Rubio Nyu-Yorkda görüşəcək

News thumbnail
siyaset

Tramp bu gün Qrenlandiya ilə bağlı sazişə imza atacaq