Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Əfv edilənlər kimlərdir?--:--
News
Həcc ziyarətinə qeydiyyat başlayır: Qiymət artımı...--:--
News
Dərs deyərkən halı pisləşdi, xəstəxanaya yerləşdirildi--:--
News
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu--:--
News
Milli Kibertəhlükəsizlik Agentliyi "Global Anti-Scam Al...--:--
News
Əfv edilənlər kimlərdir?--:--
News
Həcc ziyarətinə qeydiyyat başlayır: Qiymət artımı...--:--
News
Dərs deyərkən halı pisləşdi, xəstəxanaya yerləşdirildi--:--
News
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu--:--
News
Milli Kibertəhlükəsizlik Agentliyi "Global Anti-Scam Al...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

huquq

Rusiyada 12 il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

Bugün, 15:41
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Rusiyada 12 il əvvəl qətl törətməkdə təqsirləndirilən Elxan Xuduyev və Seymur Məmişovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Hüquqinfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Elxan Xuduyev 14 il, Seymur Məmişov isə 13 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı təqsirləndirilən Elxan Xuduyev və Seymur Məmişovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Qeyd edək ki, 2024-cü ilin dekabrın 27-də Rusiya Federasiyasının Baş Prokurorluğu vasitəsilə federasiyanın İstintaq Komitəsindən 1993-cü il təvəllüdlü Azaliya Asanovanın sağlamlığına ağır zərər vurulması faktı üzrə başlanan cinayət işi Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. İbtidai istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinə həvalə edilib.

İstintaqla, 2013-cü il iyunun 25-də Azərbaycan Respublikası vətəndaşları Seymur Məmişov və Elxan Xuduyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib törətdikləri ağır cinayəti gizlətmək məqsədilə əvvəllər tanıdıqları Rusiya Federasiyasının vətəndaşı Azaliya Asanovanı boğaraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında, cari il martın 5-də S.Məmişov və E.Xuduyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 120.2.1 (Azərbaycan Respublikasının vətəndaşları tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 12.1, 120.2.6 (başqa cinayəti gizlətmək məqsədilə adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qeyd olunan şəxslər barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
huquq

Əfv edilənlər kimlərdir?

News thumbnail
huquq

Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu

News thumbnail
huquq

Əfv edilən yeganə qadın məhkum o oldu

News thumbnail

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Bugün, 16:47
News thumbnail
Bugün
iqtisadiyyat

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib

Bugün, 16:45
News thumbnail
Bugün
cemiyyet

“Maşınla vurduğum piyada həkim səhvindən öldü, məni günahkar bilirlər”

Bugün, 16:45
News thumbnail
Bugün
siyaset

Yenə şahzadənin əlindən tutdu, müzakirələrə səbəb oldu

Bugün, 16:45

Həftənin Xəbərləri

News thumbnail
Bugün
dunya

“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib

Bugün, 16:44
News thumbnail
Bugün
huquq

Əfv edilən yeganə qadın məhkum o oldu

Bugün, 16:44
News thumbnail
Bugün
iqtisadiyyat

Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb

Bugün, 16:43
News thumbnail
Bugün
siyaset

Əfv sərəncamının icrası başa çatdı

Bugün, 16:42
News thumbnail
Bugün
iqtisadiyyat

Bakıda evdən 33 min manat oğurlanıb

Bugün, 16:41
News thumbnail
Bugün
iqtisadiyyat

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır

Bugün, 16:41
huquq

Üzərinə “Şəhid anası” yazılmış nömrəsiz maşınla qaydaları pozdu, saxlanıldı

News thumbnail
huquq

Baş Mil-Muğan kollektorunda brakonyerlik edən şəxs saxlanılıb