










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, Qazaxıstanın paytaxtı Astanada təşkil olunan dünya çempionatında Azərbaycanın sərbəst güləş üzrə milli komandasının iki idmançısı yarımfinal mərhələsinə vəsiqə qazanıb.
57 kiloqram çəki dərəcəsində mübarizə aparan İslam Bazarqanov 1/4 final mərhələsində yaponiyalı Yamato Oqava ilə qarşılaşlaşıb. İdmançımız rəqibinə tam üstünlüklə 12:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.
Digər təmsilçimiz Cəbrayıl Hacıyev isə 79 kiloqram çəki dərəcəsində türkiyəli rəqibi Okan Tahtacı ilə qüvvəsini sınayıb. Gərgin keçən görüşdə rəqibini 9:3 hesabı ilə məğlub edən güləşçimiz yarımfinalda mübarizə aparmaq hüququ qazanıb.









