










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, İngiltərə millisinin və Almaniyanın "Bavariya" klubunun hücumçusu Harri Keyn 2025/26-cı illər mövsümü üçün dünyanın ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatını qazanıb. Yubiley - 70 illik mükafatlandırma mərasimi Londondakı "Palladium" teatrında təşkil olunub.
Keyn 2001-ci ildə Maykl Ouendən sonra bu ada layiq görülən ilk ingilis və tarixdə bu mükafatı qazanan beşinci ingilis futbolçu olub. Qeyd edək ki, əvvəlki illərdə bu uğura Stenli Mettyus, Bobbi Çarlton, Kevin Kiqan və Maykl Ouen imza atıblar.
Ötən mövsüm "Bavariya" ilə Super Kubok, Almaniya Kuboku və Bundesliqa titullarını qazanan hücumçu, İngiltərə yığması ilə 2026-cı il dünya çempionatında bürünc medala sahib çıxıb. O, 2025-ci ilin avqustundan 2026-cı ilin iyulunadək 65 matçda 73 dəfə fərqlənib.









