








Hüquqinfo.az bildirir ki,
"Birbaşa Bakı" komandası minifutbol üzrə Çempionlar Liqasında ikinci matçını keçirib.
"Hüquqinfo.az" xəbər verir ki, Azərbaycan təmsilçisi yer aldığı E qrupunda Macarıstanın "Çikaqo Bandur" komandası ilə üz-üzə gəlib.
Qarşılaşma "Birbaşa Bakı"nın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Mirmehdi Rzayev (22), Elvin Əlizadə (27), Eşqin Tağıyev (28) rəqib qapısından keçiriblər.
Qeyd edək ki, komanda ilk görüşündə İngiltərə təmsilçisi "Ardeleni"ni 3:2 hesabı ilə məğlub etmişdi.










