
Hüquqinfo.az bildirir ki,
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib.
"Hüquqinfo.az" xəbər verir ki, tədbirdə təsnifat mərhələlərində qarşılaşacaq cütlüklər müəyyənləşib.
Qeyd edək ki, Azərbaycan Kubokunda 34 komanda iştirak edəcək. 1/4 finala qədər qalib bir oyunun nəticəsinə əsasən müəyyənləşəcək. Daha sonra ev-səfər prinsipi tətbiq olunacaq.
Azərbaycan Kubokunun final matçı 2027-ci il mayın 12-də Gəncə stadionunda təşkil olunacaq.









