
Hüquqinfo.az bildirir ki,
“Neftçi” klubu bu gün Misli Premyer Liqasının 6-cı turunda “Qəbələ”yə qarşı keçirilən oyuna dəbilqə ilə çıxıb.
Həmçinin futbolçuların əlində pankart olub. Pankartda isə “Milli sərvətimizin qəhrəmanları – Neftçilər gününüz mübarək” sözləri yazılıb.
Qarşılaşmadan öncəki məşqdə isə futbolçuların əynində üzərində 1000 yazılmış formalar olub. Bu isə “Neftçi”nin Azərbaycan çempionatlarında 1000-ci oyununa çıxmasının şərəfinə edilib.









