Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
“bp-nin Azərbaycandakı layihələri xüsusi maraq doğurur”--:--
News
1674-cü gün: Rusiyanın itkiləri yeniləndi--:--
News
“Bakcell”də hədiyyə mövsümü başladı--:--
News
Məşqçi ayı hücumu nəticəsində həyatını itirdi--:--
News
Pezeşkian Paşinyana kitab hədiyyə etdi - Video--:--
News
“bp-nin Azərbaycandakı layihələri xüsusi maraq doğurur”--:--
News
1674-cü gün: Rusiyanın itkiləri yeniləndi--:--
News
“Bakcell”də hədiyyə mövsümü başladı--:--
News
Məşqçi ayı hücumu nəticəsində həyatını itirdi--:--
News
Pezeşkian Paşinyana kitab hədiyyə etdi - Video--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

idman

Rəcəb Fərəczadə: "Kobud səhvlər Çempionlar Liqasındakı hər iki oyunda nəticəyə mənfi təsir etdi"

Bugün, 12:19
News thumbnail

Hüquqinfo.az bildirir ki,

"Aznur" komandasının minifutbol üzrə Çempionlar Liqsında keçirdiyi ilk iki matçının nəticəsinə buraxılan kobud səhvlər mənfi təsir göstərib.

"İlk oyunda açıq-aşkar üstünlük bizdə idi, lakin qol epizodlarından istifadə edə bilmədik. Rəqib demək olar ki, bütün heyətlə müdafiədə oturdu. Həm ilk, həm də ikinci hissədə yüzfaizli qol imkanlarımız oldu. Yararlana bilmədik, onlar isə iki kobud səhvimizdən qollar vurdular və sonradan vəziyyəti xilas edə bilmədik. Sanslar yaratsaq da, matç 0:2 hesabı ilə başa çatdı".

R.Fərəczadə ikinci matçdakı rəqibdən və fiziki bərpa vaxtının azlığından söz açıb:

"Növbəti rəqibimizlə görüş birincidən 3 saat sonra keçirildi. Birinci komanda Polşa təmsilçisi idi, heyətlərində 22-24 yaşlı futbolçular yer almışdı. İkinci rəqib isə bir az yaşlı kollektiv idi. Futbolçulara dedim ki, bu bizim üçün yaxşı şansdır, onlara nisbətən cavanıq. Həm də bərpa üçün vaxtımız çox az - cəmi 3 saat olmuşdu. İkinci oyunda başa-baş mübarizə getdi. Buraxılan üç topdan ikisini kobud səhvlər ucbatından qapımızda gördük".

"Ümumi götürsək, komandam fiziki olaraq bu turnirə hazır idi. Bu il həqiqətən çox iddialı komandalar var. Taktiki və texniki baxımdan o qədər üstün olmasalar da, fiziki cəhətdən çox hazırlıqlıdırlar. Hətta deyərdim ki, bizim oyunçuların 70 faizindən üstündürlər. Onların güc futbolu oynadıqlarının şahidi oldum".

"Hər qarşılaşmada qələbə şansı var. Matça yüz faiz, tam motivasiyalı hazır olmalısan. Biz Azərbaycanı təmsil edirik və Çempionlar Liqasında çıxış edirik. Hər oyuna yüksək əzmlə çıxmalısan. Sonuncu oyunumuz macarlara qarşı olacaq. Macarıstan komandası demək olar ki, turnirin favoritidir. Qrupumuz həqiqətən çətindir. Üçüncü matçımız Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. Bəhanə gətirmək istəmirəm, amma təşkilatçılıq bir qədər pisdir. Saat 14:00-da oynayırsan, 15:00-da matç bitir, 19:00-da isə növbəti oyun var. Saat 16:00-da otelə çatırıq, 1-2 saat sonra yenidən meydançaya yollanmalı oluruq".

Qeyd edək ki, Çempionlar Liqasının F qrupunda mübarizə aparan "Aznur" ötən gün keçirdiyi ilk görüşdə Polşa təmsilçisi "Sokil"ə 0:2, ikinci qarşılaşmasında isə İngiltərənin "Bukovina Badeuti" kollektivinə 2:3 hesabı ilə yenilib.

Komanda qrupdakı son matçını bu gün saat 16:00-da Macarıstan təmsilçisi "The Private Rooftop"a qarşı keçirəcək.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
idman

Azərbaycanın boks millisi Avropa çempionatında rekord nəticəyə imza atıb

News thumbnail
idman

"Birbaşa Bakı" Çempionlar Liqasında ikinci qələbəsini qazanıb

News thumbnail
idman

Azərbaycanla Şimali Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb

Populyar Xəbərlər

News thumbnail
Bugün
dunya

ADY rəhbərliyi Almaniyada "InnoTrans 2026" sərgisində olub

Bugün, 13:49
News thumbnail
Bugün
cemiyyet

Bağlanan institutun tələbələri hara köçürüləcək?

Bugün, 13:47
News thumbnail
Bugün
iqtisadiyyat

Mal əti bir az da bahalaşdı

Bugün, 13:41
News thumbnail
Bugün
dunya

Avropa İttifaqı Şurası Ermənistana ticarət güzəştlərini rəsmən qəbul edib

Bugün, 13:40

Həftənin Xəbərləri

News thumbnail
Bugün
son xeberler

Corc Rassell Bakıda ilk sərbəst yürüşün qalibi oldu

Bugün, 13:37
News thumbnail
Bugün
siyaset

Peskov: Paşinyanın tezliklə Rusiyaya səfəri gözlənilir

Bugün, 13:36
News thumbnail
Bugün
cemiyyet

Jasurbek Çoriyev: "Özbəkistan və Azərbaycan arasında avtomobil daşımalarında icazə sistemi ləğv edilə bilər" – MÜSAHİBƏ

Bugün, 13:35
News thumbnail
Bugün
dunya

NATO-nun kəşfiyyat təyyarəsi Qara dəniz üzərində...

Bugün, 13:34
News thumbnail
Bugün
idman

Azərbaycanın boks millisi Avropa çempionatında rekord nəticəyə imza atıb

Bugün, 13:31
News thumbnail
Bugün
iqtisadiyyat

Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib

Bugün, 13:31
News thumbnail
idman

ÇL: "Sabah"ın oyunları üçün satılan biletlərin sayı 104 mini keçdi

News thumbnail
idman

"Formula 1": Bakı Şəhər Halqasında yüzlərlə insan yürüş edib