
Hüquqinfo.az bildirir ki,
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib.
UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərdi xüsusiyyətlərini diqqətlə nəzərdən keçirir, bütün fakt və hadisələri izləyir.
"Müəyyən komandaların turnir torundan istisna edilməsi ilə bağlı qərarlar bir sıra amillər, xüsusən də iki ölkə arasında təhlükəsizlik üçün struktur riskləri yaradan qarşılıqlı əlaqə şərtləri nəzərə alınmaqla qəbul edilir", - UEFA nümayəndəsi bildirib.






