Şahin Mahmudzadə: Azərbaycanda kredit götürənlər üçün işsizlikdən sığorta məcburi olacaq | Hüquqinfo.az

Hüquqinfo.az bildirir ki,
Azərbaycanda banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi tətbiqi nəzərdə tutulur.
“Hüquqinfo.az-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankında (AMB) 2026-cı ilin birinci yarısının yekunlarına dair Maliyyə Sabitliyi Hesabatının təqdimatında Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə bildirilib.
Qeyd olunub ki, bununla bağlı normativ dəyişikliklər hazırlanır və banklara kreditlər üzrə işsizlikdən sığortanın məcburi tətbiqi ilə bağlı tələblərin müəyyənləşdirilməsi planlaşdırılır.
Bildirilib ki, əsas məqsəd iş yerini itirən borcalanların kredit öhdəliklərini yerinə yetirməsinə dəstək göstərmək və bankların kredit risklərini azaltmaqdır.
Yeni mexanizm çərçivəsində işsizliyin müxtəlif səbəbləri ilə bağlı sığorta təminatının nəzərdə tutulduğu qeyd edilib.
Bu tədbirlərin bank sektorunda problemli kreditlərin artım riskinin azaldılmasına xidmət edəcəyi gözlənilir.
Populyar Xəbərlər

Qalatasaray Çempionlar Liqasında Ştutqartı məğlub edib | Hüquqinfo.az

Qalatasaray Ştutqart klubu ilə oyunda üstünlük qazandı | Hüquqinfo.az

Fransa həbsxanalarında məhbus sayı tarixi maksimuma yüksəldi | Hüquqinfo.az

Süni intellektə analiz nəticələrini oxutmaq təhlükə saçır | Hüquqinfo.az
Həftənin Xəbərləri

Böyük Britaniyada miqrantlar üçün daimi yaşayış icazəsi müddəti artırılır | Hüquqinfo.az
2 noy, 22:57
Donald Tramp: ABŞ Rusiya və Çin ilə qarşılıqlı kəşfiyyat fəaliyyəti həyata keçirir | Hüquqinfo.az
2 noy, 03:27
Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib | Hüquqinfo.az
1 noy, 23:13
Prezident İlham Əliyevin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb | Hüquqinfo.az
1 noy, 22:39
"Neftçi" Şamaxıda qələbə qazanaraq turnir cədvəlində liderliyə yüksəldi | Hüquqinfo.az
1 noy, 16:55
