
Hüquqinfo.az bildirir ki,
Azərbaycanda lombardların girov götürdükləri əmlakların qorunması üçün mexanizmlər olacaq.
"Hüquqinfo.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə qurumun yarım illik "Maliyyə Sabitliyi Hesabatı" ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu məsələ qəbul edilməsi nəzərdə tutulan "Lombardlar haqqında" qanun layihəsində öz əksini tapıb: "Lombardların fəaliyyətinin tənzimlənməsi, girovların saxlanması və müştərilərlə münasibətlərə dair tələblər üzərində iş aparılır. Əsas məqsəd müştərilərin hüquqlarının pozulmasının qarşısını almaq, onların lombardlara qoyduqları əmlakın qorunmasını təmin etmək və bu sahədə fəaliyyəti tənzimləməkdir. Tezliklə qanun layihəsinin ictimaiyyətə açıqlanması və müzakirəyə çıxarılması nəzərdə tutulur. Layihə qəbul edildikdən sonra mövcud lombardlara fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırmaq üçün müəyyən müddət veriləcək. Tələblərimizə uyğunlaşan lombardlar lisenziya alaraq fəaliyyətlərini davam etdirə biləcəklər".
Populyar Xəbərlər

Qalatasaray Çempionlar Liqasında Ştutqartı məğlub edib | Hüquqinfo.az

Qalatasaray Ştutqart klubu ilə oyunda üstünlük qazandı | Hüquqinfo.az

Fransa həbsxanalarında məhbus sayı tarixi maksimuma yüksəldi | Hüquqinfo.az

Süni intellektə analiz nəticələrini oxutmaq təhlükə saçır | Hüquqinfo.az
Həftənin Xəbərləri

Böyük Britaniyada miqrantlar üçün daimi yaşayış icazəsi müddəti artırılır | Hüquqinfo.az
2 noy, 22:57
Donald Tramp: ABŞ Rusiya və Çin ilə qarşılıqlı kəşfiyyat fəaliyyəti həyata keçirir | Hüquqinfo.az
2 noy, 03:27
Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib | Hüquqinfo.az
1 noy, 23:13
Prezident İlham Əliyevin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb | Hüquqinfo.az
1 noy, 22:39
"Neftçi" Şamaxıda qələbə qazanaraq turnir cədvəlində liderliyə yüksəldi | Hüquqinfo.az
1 noy, 16:55
