AMB rəsmisi: "Gündəlik 20 min manatlıq pul köçürməsi şübhə doğura bilər" | Hüquqinfo.az

Hüquqinfo.az bildirir ki,
"Hüquqinfo.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə qurumun yarım illik "Maliyyə Sabitliyi Hesabatı" ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
"Şəxsən mən də bank müştərisiyəm və düşünürəm ki, insanların böyük əksəriyyətinin hər gün müxtəlif kartlardan 20 min manat və daha çox vəsait qəbul etməsi adi hal deyil. Belə əməliyyatlar baş verirsə, onların səbəbləri araşdırılmalıdır. Bu, vergidən yayınma və yaxud qumar oyunları ilə bağlı fəaliyyət kimi risklərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Pul göndərilməsi ilə bağlı əməliyyatlarda da eyni yanaşma tətbiq olunur. Vəsaitin qəbul edilməsi zamanı limit aşıldıqda belə, müştəri banka müraciət edərək əməliyyatın mahiyyətini izah edə bilər. Bank araşdırma apardıqdan sonra əməliyyatın qumar oyunları və yaxud digər şübhəli fəaliyyətlə əlaqəli olmadığı qənaətinə gələrsə, onun həyata keçirilməsinə icazə verə bilər", - deyə o qeyd edib.
AMB rəsmisinin sözlərinə görə, burada əsas məqsəd əməliyyatlara əsassız məhdudiyyət qoymaq deyil, riskləri müəyyənləşdirməkdir: "Hər hansı tənzimləmə tətbiq edilərkən müəyyən limitlərin kimlərinsə maraqlarına uyğun gəlməməsi mümkündür. Lakin biz ümumi mənzərəyə, risklərin təhlilinə və əldə olunan nəticələrə baxmalıyıq. Qiymətləndirməliyik ki, bankların tətbiq etdiyi limitlərin cəmiyyət üçün faydası nə qədərdir və bu tədbirlər nəticəsində hansı risklərin qarşısı alınır".
Populyar Xəbərlər

Qalatasaray Çempionlar Liqasında Ştutqartı məğlub edib | Hüquqinfo.az

Qalatasaray Ştutqart klubu ilə oyunda üstünlük qazandı | Hüquqinfo.az

Fransa həbsxanalarında məhbus sayı tarixi maksimuma yüksəldi | Hüquqinfo.az

Süni intellektə analiz nəticələrini oxutmaq təhlükə saçır | Hüquqinfo.az
Həftənin Xəbərləri

Böyük Britaniyada miqrantlar üçün daimi yaşayış icazəsi müddəti artırılır | Hüquqinfo.az
2 noy, 22:57
Donald Tramp: ABŞ Rusiya və Çin ilə qarşılıqlı kəşfiyyat fəaliyyəti həyata keçirir | Hüquqinfo.az
2 noy, 03:27
Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib | Hüquqinfo.az
1 noy, 23:13
Prezident İlham Əliyevin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb | Hüquqinfo.az
1 noy, 22:39
"Neftçi" Şamaxıda qələbə qazanaraq turnir cədvəlində liderliyə yüksəldi | Hüquqinfo.az
1 noy, 16:55
