Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
BFB: Kredit faizlərinin gec dəyişməsinin səbəbləri araş...--:--
News
Sektor müdiri DSK sədri təyin edildi--:--
News
Şöbə müdiri: "ADEX" və “Securex Caspian” sərgilərində 2...--:--
News
Gülsüm Rzayeva: Türkiyə ADEX-də ən geniş təmsilçiliyə m...--:--
News
Türkiyə bu siyahıda ilk 10 ölkədən biri olacaq--:--
News
BFB: Kredit faizlərinin gec dəyişməsinin səbəbləri araş...--:--
News
Sektor müdiri DSK sədri təyin edildi--:--
News
Şöbə müdiri: "ADEX" və “Securex Caspian” sərgilərində 2...--:--
News
Gülsüm Rzayeva: Türkiyə ADEX-də ən geniş təmsilçiliyə m...--:--
News
Türkiyə bu siyahıda ilk 10 ölkədən biri olacaq--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir

Bugün, 10:41
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Cari ildə valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində Mərkəzi Bank valyuta alışları həyata keçirib və nəticədə valyuta ehtiyatları artaraq tarixi maksimuma çatıb.

“Hüquqinfo.az-Economics”in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, valyuta ehtiyatlarındakı artım ölkənin xarici şoklara qarşı dayanıqlığını gücləndirir və uzunmüddətli məzənnə sabitliyini dəstəkləyir.

Valyuta alışları bank sistemində manat likvidliyinin artması ilə müşayiət olunur. Qeyd edilməlidir ki, valyuta alışları ilə yanaşı bank sektorunun likvidlik mövqeyinə fiskal əməliyyatlar, nağd pul dövriyyəsinin dəyişimi və digər avtonom (pul siyasətindən kənar) amillər də təsir edir.

“İzafi likvidliyin artması banklararası pul bazarında faizlərə azaldıcı təsir göstərən faktordur. Bu isə öz növbəsində gəlirlilik əyrisinə, depozit və kredit faizlərinə də təsir göstərir”, – deyə AMB-dən bildirilib.

Belə şəraitdə Mərkəzi Bank pul siyasəti hədəflərinə nail olmaq, xüsusən də banklararası pul bazarındakı faizlərin kəskin tərəddüdlərini minimallaşdırmaq üçün öz arsenalındakı alətlərdən adekvat istifadə edir. Belə ki, 2026-cı ilin əvvəlindən avqust ayının sonuna Mərkəzi Bankın sterilizasiya portfeli 2 dəfədən çox artıb.

AMB qeyd edib ki, izafi likvidliyin sterilizasiyası ilə Mərkəzi Bank inflyasiyaya potensial təsirləri məhdudlaşdırır. Lakin inflyasiyanın dinamikası daxili amillərlə yanaşı, dünya ərzaq və əmtəə qiymətləri, ticarət tərəfdaşlarındakı inflyasiya prosesləri və digər xarici mənşəli xərc amillərindən də əhəmiyyətli dərəcədə təsirlənir.

Mərkəzi Bank bundan sonra da pul siyasəti alətlərini maliyyə bazarlarında gedən proseslər və bank sektorunun likvidlik mövqeyini nəzərə almaqla tətbiq edəcək. Uçot dərəcəsinə dair qərarlar isə yenilənmiş makroiqtisadi proqnozlar və inflyasiyanın risk balansında dəyişikliklər nəzərə alınmaqla veriləcək.

Qeyd edək ki, 31 avqust 2026-cı il tarixinə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 15 milyard 301,3 milyon ABŞ dollarına çataraq tarixi maksimumunu yeniləyib. Valyuta alışları qarşılığında bank sisteminə manat daxil olması isə bazarda manat likvidliyinin, başqa sözlə, manat bolluğunun artmasına səbəb olur.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

BFB: Kredit faizlərinin gec dəyişməsinin səbəbləri araşdırılacaq

News thumbnail
iqtisadiyyat

Şöbə müdiri: "ADEX" və “Securex Caspian” sərgilərində 270-dən çox şirkət iştirakını təsdiqləyib

News thumbnail
iqtisadiyyat

SOCAR istiqrazlarının bazardan çıxması korporativ REPO əməliyyatlarını kəskin azaldıb

Populyar Xəbərlər

News thumbnail
Bugün
idman

Atvars Vilde: "Avropa çempionatındakı nəticələr məmnun etmir, lakin göstərilən oyun keyfiyyətlidir"

Bugün, 11:15
News thumbnail
Bugün
dunya

Kiyev və Paris HHM sistemlərinin Ukraynada istehsal edilməsi ilə bağlı iş aparır

Bugün, 11:14
News thumbnail
Bugün
cemiyyet

Bakıdada tozlu hava müşahidə olunur

Bugün, 11:13
News thumbnail
Bugün
cemiyyet

Havada tozun miqdarı normadan artıqdır

Bugün, 11:10

Həftənin Xəbərləri

News thumbnail
Bugün
iqtisadiyyat

Ukrayna Samara neft emalı zavodunu vurdu - Video

Bugün, 11:10
News thumbnail
Bugün
siyaset

Bu il Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya edilib

Bugün, 11:09
News thumbnail
Bugün
siyaset

Azərbaycan dövlətçilik tarixində Atabəylər mərhələsi: Siyasi bütövlük və mərkəzləşmə təcrübəsi - ŞƏRH

Bugün, 11:09
News thumbnail
Bugün
iqtisadiyyat

BFB: Banklarda likvidliyin artması yeni istiqraz emissiyalarını stimullaşdıra bilər

Bugün, 11:08
News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycanda səhm bazarında təkrar dövriyyə iki banka aid olub

Bugün, 11:05
News thumbnail
Bugün
huquq

ƏMTQ sənədinə dair yeni öhdəlik müəyyənləşir

Bugün, 11:05
News thumbnail
iqtisadiyyat

Ukrayna Samara neft emalı zavodunu vurdu - Video

News thumbnail
iqtisadiyyat

BFB: Banklarda likvidliyin artması yeni istiqraz emissiyalarını stimullaşdıra bilər