










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini erməni işğalçılarından azad edərək üçrəngli bayrağımızı təxminən 30 ildən sonra həmin torpaqlarda yenidən dalğalandırıb. Həmin gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının bir sıra kəndləri ilə yanaşı, Qubadlı şəhərinin də azad olunduğunu rəsmən elan edib.
Qubadlı rayonunun azadlığı uğrunda aparılan hərbi əməliyyatlarda yüksək şücaət və peşəkarlıq nümayiş etdirən 5 min 867 hərbi qulluqçu dövlət başçısının müvafiq sərəncamları ilə "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib. Xatırladaq ki, 1993-cü il avqustun 31-də işğal edilmiş bu rayon 1 şəhər, 93 kənd və 31 inzibati-ərazi dairəsini əhatə edir.
Ölkə başçısının 2023-cü il iyulun 31-də imzaladığı xüsusi sərəncama əsasən, hər il oktyabrın 25-si ölkəmizdə Qubadlı Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur.









