










Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Tehranın fikir ayrılıqlarının nizamlanması üzrə Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, İrana qarşı yeni hərbi əməliyyatın keçirilməsini istisna etmədiyini açıqlayıb. Bu barədə Amerika lideri Florida ştatında tərəfdarları qarşısında çıxış edərkən danışıb.
O, ötən illərdə həyata keçirilən hərbi addımları xatırladaraq bildirib ki, 2025-ci ilin iyununda reallaşdırılan "Gecəyarı çəkici" əməliyyatı zamanı İranın uran zənginləşdirmə obyektləri məhv edilib. Eyni zamanda, 2026-cı il fevralın 28-də başlayan "Epik qəzəb" əməliyyatı çərçivəsində də digər mühüm hərbi hədəflərə nail olunduğu qeyd edilib.
Tramp əlavə edib ki, əgər İran rəhbərliyi daha praqmatik mövqe sərgiləsəydi, Vaşinqtonun təkliflərinin müzakirəsinə razılaşardı. Lakin ABŞ lideri Tehranın bu cür addım atacağına şübhə ilə yanaşdığını vurğulayıb.









