










Hüquqinfo.az bildirir ki,
Azərbaycan-Oman Birgə İnvestisiya Fondu “AzərTürk Bank” ASC-də səsvermə hüququ verməyən pay əldə edəcək.
“Hüquqinfo.az-Economics”in əldə etdiyi məlumata görə, bununla bağlı sənəd Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində imzalanacaq.
Sənədi Azərbaycan tərəfdən Azərbaycan İnvestisiya Holdinqinin icraçı direktorunun səlahiyyətlərini icra edən Dəyanət Sadullayev, Oman tərəfdən isə Oman İnvestisiya İdarəsinin G2G Fondları üzrə baş meneceri Saif Əl-Mahruqi imzalayacaq.









