
Hüquqinfo.az bildirir ki,
Bu il sentyabr ayının 1-nə Azərbaycanın bank sektorunun cəmi aktivləri 62 milyard 475.9 milyon manat təşkil edib.
"Hüquqinfo.az-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrünə nisbətən 12,2% çoxdur.
Həmin dövrə bankların cəmi öhdəlikləri 54 milyard 722.7 milyon manat, balans kapitalı 7 milyard 753.2 milyon manat olub. Avqust ayında bankların cəmi aktivləri 2.5%, cəmi öhdəlikləri 2.6%, balans kapitalı isə 1.4% artıb.










