
Hüquqinfo.az bildirir ki,
Tacikistanın Baş naziri Koxir Rasulzoda sentyabrın 24-də Bakıda Zəfər parkını ziyarət edib.
"Hüquqinfo.az" xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.









