Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Zakir Fərəcov sakinlərlə səyyar görüş keçirdi - Foto--:--
News
Nazir: Mineral xammalın dünya bazarlarına çıxarılması m...--:--
News
Məcnun Məmmədov: "Azərbaycanda aqrar sahənin inkişafı ü...--:--
News
9 ay əvvəl təyin olunmuşdu: “Xankəndi” ilə yolları ayır...--:--
News
Azərbaycanda son bir həftədə yaşıllıqlara 225 min manat...--:--
News
Zakir Fərəcov sakinlərlə səyyar görüş keçirdi - Foto--:--
News
Nazir: Mineral xammalın dünya bazarlarına çıxarılması m...--:--
News
Məcnun Məmmədov: "Azərbaycanda aqrar sahənin inkişafı ü...--:--
News
9 ay əvvəl təyin olunmuşdu: “Xankəndi” ilə yolları ayır...--:--
News
Azərbaycanda son bir həftədə yaşıllıqlara 225 min manat...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

Azərbaycan son 6 ildə infrastrukturun yenilənməsinə çəkdiyi xərci açıqlayıb

Bugün, 16:52
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Son 6 ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulmasına 25 milyard manat vəsait ayrılıb və bu vəsait hesabına yol, su, enerji, yaşayış və sosial infrastruktur layihələri icra olunub.

"Hüquqinfo.az" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.

"Bununla yanaşı, 2021–2026-cı illərdə ölkənin digər ərazilərində infrastrukturun yenilənməsinə yönəlmiş layihələrə 16 milyard manat sərf olunub", - deyə o qeyd edib.

Ölkəmizə beynəlxalq maliyyə institutları arasında uzunmüddətli və səmərəli əməkdaşlığın formalaşdığını bildirən S.Babayev Azərbaycanın Dünya Bankı Qrupu, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı ilə geniş əməkdaşlıq həyata keçirdiyini qeyd edib. Nazir növbəti mərhələdə beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsinin və maliyyə alətlərinin şaxələndirilməsinin mühüm prioritetlərdən biri olduğunu vurğulayıb. O, deyib ki, beynəlxalq maliyyə resursları iri infrastruktur, yaşıl enerji və regional layihələrin həyata keçirilməsində mühüm rol oynaya bilər. Xüsusilə Orta Dəhliz və yaşıl enerji dəhlizi kimi regional təşəbbüslərin beynəlxalq maliyyə institutlarının fəal iştirakı üçün əhəmiyyətli istiqamətlər olduğu qeyd olunub.

Eyni zamanda S.Babayev əlavə edib ki, beynəlxalq maliyyə institutlarının layihələrdə iştirakı risk profilinin yaxşılaşdırılmasına, layihələrin özəl investorlar üçün daha cəlbedici olmasına imkan yarada bilər: "Bu isə dövlət resurslarının daha böyük həcmdə özəl və institusional kapital ilə tamamlanmasına şərait yaradacaq".

Çıxışlarda maliyyə risklərinin bölüşdürülməsi və özəl maliyyənin cəlb edilməsi baxımından birgə maliyyələşdirmə, zəmanətlər və digər riskbölüşdürmə alətlərindən, həmçinin qarışıq maliyyələşdirmə, dövlət-özəl tərəfdaşlığı və digər innovativ maliyyə mexanizmlərindən daha geniş istifadə edilməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin, beynəlxalq maliyyə institutlarının yalnız maliyyə resurslarının təminatçısı kimi deyil, beynəlxalq bilik və təcrübənin ötürülməsi, qabaqcıl standartların və texnologiyaların tətbiqi baxımından rolu diqqətə çatdırılıb.

Sessiyanın sonunda keçirilən panel müzakirələrdə Azərbaycanın artım gündəliyinin dəstəklənməsində çoxtərəfli inkişaf bankları, özəl investorlar və maliyyə institutlarının rolu, infrastruktur, sənaye inkişafı və regional əlaqələr üçün beynəlxalq kapitalın cəlb edilməsi, kredit reytinqləri, bazar inteqrasiyasını dəstəkləmək üçün rəqəmsal ödənişlər, maliyyə infrastrukturu və qlobal operatorlarla tərəfdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

Azərbaycanda son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub

News thumbnail
iqtisadiyyat

"International Leasing"in səhmləri üzrə hərracın tarixi açıqlanıb

News thumbnail
iqtisadiyyat

SOCAR Özbəkistan dizelinin Kulevi limanı ilə tranzitini təşkil etmək niyyətindədir - EKSKLÜZİV

Populyar Xəbərlər

News thumbnail
Bugün
son xeberler

Şarl Lekler: "Azərbaycan Qran-prisinin sıralama turu mənim üçün çox çətin keçdi"

Bugün, 17:46
News thumbnail
Bugün
iqtisadiyyat

SOCAR Özbəkistan dizelinin Kulevi limanı ilə tranzitini təşkil etmək niyyətindədir - EKSKLÜZİV

Bugün, 17:45
News thumbnail
Bugün
iqtisadiyyat

Elmir Musayev: "Azərbaycanda BOEM layihələri 20 illik maliyyələşmə tələb edir"

Bugün, 17:42
News thumbnail
Bugün
siyaset

Ədliyyə naziri Xankəndidə vətəndaşları qəbul edəcək

Bugün, 17:42

Həftənin Xəbərləri

News thumbnail
Bugün
iqtisadiyyat

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bugün, 17:42
News thumbnail
Bugün
idman

Azərbaycan İdman Akademiyası və Azərbaycan Güləş Federasiyası arasında memorandum imzalanıb

Bugün, 17:41
News thumbnail
Bugün
iqtisadiyyat

Çinli ekspert: Azərbaycanın neft-qaz gəlirlərini bərpa olunan enerjiyə yatırması təqirəlayiqdir

Bugün, 17:41
News thumbnail
Bugün
cemiyyet

Daşkənddə TBNM-in inkişafına dair konfrans keçiriləcək

Bugün, 17:40
News thumbnail
Bugün
cemiyyet

İcbari Sığorta Bürosunun Himayəçilər Şurasında dəyişiklik olub

Bugün, 17:37
News thumbnail
Bugün
siyaset

“Atəşgah” Sığortanın sədri İSB Himayəçilər Şurasına üzv seçilib

Bugün, 17:37
News thumbnail
iqtisadiyyat

Elmir Musayev: "Azərbaycanda BOEM layihələri 20 illik maliyyələşmə tələb edir"

News thumbnail
iqtisadiyyat

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi