Azərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 11 %-ə yaxın artıb | Hüquqinfo.az

Hüquqinfo.az bildirir ki,
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 122 milyon manat vəsait daxil olub.
"Hüquqinfo.az" İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 % çoxdur.
9 ay ərzində qurum 46 hərrac keçirib. Hərraclarda 7 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 804 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bundan başqa, hesabat dövründə Dövlət Xidməti 444-ü qeyri-yaşayış, 3 075-i torpaq sahələri üzrə olmaqla 3 519 yeni icarə müqaviləsi bağlayıb. Bu isə 1 il əvvələ nisbətən 24,5 % çoxdur. Son nəticədə dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə illik müqayisədə 25,5 % çox - 43,3 milyon manat vəsait ödənilib.
Beləliklə, yanvar-sentyabr aylarında özəlləşdirmə və icarədən büdcəyə ümumilikdə 165,3 milyon manat vəsait daxil olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 14,2 % çoxdur.
Populyar Xəbərlər

Qalatasaray Çempionlar Liqasında Ştutqartı məğlub edib | Hüquqinfo.az

Qalatasaray Ştutqart klubu ilə oyunda üstünlük qazandı | Hüquqinfo.az

Fransa həbsxanalarında məhbus sayı tarixi maksimuma yüksəldi | Hüquqinfo.az

Süni intellektə analiz nəticələrini oxutmaq təhlükə saçır | Hüquqinfo.az
Həftənin Xəbərləri

Böyük Britaniyada miqrantlar üçün daimi yaşayış icazəsi müddəti artırılır | Hüquqinfo.az
2 noy, 22:57
Donald Tramp: ABŞ Rusiya və Çin ilə qarşılıqlı kəşfiyyat fəaliyyəti həyata keçirir | Hüquqinfo.az
2 noy, 03:27
Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib | Hüquqinfo.az
1 noy, 23:13
Prezident İlham Əliyevin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb | Hüquqinfo.az
1 noy, 22:39
"Neftçi" Şamaxıda qələbə qazanaraq turnir cədvəlində liderliyə yüksəldi | Hüquqinfo.az
1 noy, 16:55
